“Türkiyə və Pakistanla hərbi sahədə əməkdaşlıq genişləndirilməlidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə və Pakistanla hərbi sahədə əməkdaşlıq genişləndirilməlidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın gündəlik olaraq Moskva razılaşmalarını, şərtlərini pozması, Azərbaycana məxsus ərazilərin gülləboran edilməsi, bölgə ilə bağlı nəqliyyat kommunikasiya xətlərinin açılmasını özündə ehtiva edən şərtləri yerinə yetirməməsi, Xankəndidəki separatçı rejimi maliyyələşdirməkdə və silahlandırmaqda davam etməsi göstərir ki, Paşinyan qeyri səmimidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistanda revanşist qüvvələrin əl-qol açmasına məsuliyyət daşıyan əsas siyasi qüvvə məhz Paşinyandir: “Danışıqlar masası arxasında oturmaq ucun Ermənistan qeyd-şərtsiz Azərbaycan torpaqlarından işğalçı qoşunlarını çıxarmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Lakin rəsmi Moskvanın birmənalı olmayan mövqeyi, AB-nin Ermənistanı dəstəkləməkdə davam etməsi, hətta 2,6 milyard avro məbləğində kredit ayırmağa hazır olması, qonşu İranın təcavüzkar Ermənistanla münasibətlərinin mahiyyəti və xarakteri Paşinyanı ümidləndirir, onun Qarabağla bağlı danışıqları yenidən ATƏT-in Minsk qrupunun vasitəsilə müzakirələr masası üzərinə çıxaracağına əmniyyət yaradır. Odur ki, münasibətlərimiz bütün hallarda "sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq" ritorikası üzərində qurulmalı, cəmiyyətimizin vətənçilik və dövlətçilik ideologiyası ətrafında konsolidasiyası davam etdirilməsi, qardaş Türkiyə və Pakistanla hərbi sahədə əməkdaşlıq imkanlarımız daim genişləndirilməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə