MN: Ordumuzun bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə məlumatlar həqiqətə uyğun deyil
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
SİA xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyinin yaydığı məlumatda yer alıb.
Məlumatda deyilir: “Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB