"Prezident İlham Əliyevin CNN Türk-ə verdiyi müsahibə göstərir ki, Rusiya və Ermənistan vəziyyəti gərginləşdirib. 10 Noyabr Bəyannaməsinin bir neçə bəndi və 11 Yanvar üçtərəfli razılaşmaları artıq yerinə yetirilmir. Demək, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır. Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonra da verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər. Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, Yerevan hər fürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra, saxlanılan erməni diversatlar Ermənistana qaytarilmaycaq". Bunları SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Rusiya Ermənistanı silahlandırılmaqla, artıq Yerevanla sülh müqaviləsinin bağlanmasına imkan verməyəcək, deyən Məhəmməd Əsədullazdə: "Mən daima qeyd etmişəm ki, Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və "Zəngəzur" dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi", deyib.
Politoloq həmçinin qeyd edib ki, məhz prezident müsahibə əsnasında gərgin idi: "Rusiyadan açıq şəkildə incidiyini görünürdü. Çünki Rusiya üçtərəfli razılaşmaları yerinə yetirmir və Qarabağa Ermənistan ordusunu gətirir. Prezident ümid etdiyini qeyd etsə də, buna son verilməsi mesajını verdi. Qeyd edim ki, ötən ay Moskvada prezident İlham Əliyev Putinlə görüşündən sonra vəziyyət gərginləşib. Həmin vaxtda belə bir şərh yazdım ki, Moskva görüşü nəticəsizdir və gərginliklər gözlənilir. Çünki Rusiya Azərbaycanı KTMT üzvlüyünə məcbur edir və Türkiyə ilə hərbi ittifaqa qarşıdır. Məhz Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi. Təbii ki, Azərbaycan buna getmədi. Qarabağda lokal hərbi əməliyyatlara və sərhəddə erməni təxribatlarına qarşı ciddi hərbi əməliyyatlar mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB