“Müxalifət üçün birinci dərəcəli məsələ öz cibidir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanın inkişafı dünyanın böyük gücləri tərəfindən həmişə qısqanclıq hissi ilə yanaşdığının şahidi olmuşuq. 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin parlaq qələbəsinə kölgə salmaq üçün daxildəki məkrli müxalif qüvvələrdən istifadə olunur. “Milli Şura”nın, AXCP-nin yenidən sentyabr ayında aksiyalar keçirtməyi planlaşdırmaları təbii ki, xaricidən verilən növbəti tapşırıqdır”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xaricidə olan bəzi qüvvələrin istəyi Azərbaycanı içindən qarışdırmaqdır: “Ona görə də, daxildə olan bu kimi qüvvələrdən də öz məkrli palanlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə edirlər. Bu gün hər kəs çox gözəl bilir ki, istər okeanın o tərəfindən oturan Sevinc Osmanqızı və Avropanın müxtəlif şəhərlərində köç salan Qənimət Zahid, Qurban Məmmədov və digərlərinin fəaliyyəti açıq aşkar anti-Azərbaycan fəaliyyətidir. Eyni zamanda da, Azərbaycanın daxilində də müəyyən qüvvələr var ki, onlar üçün vətən, xalq, millət, dövlət və xalqın gələcək rifahı ikinci dərəcəli, bəlkə də 5-6-cı dərəcəli məsələdir. Onlar üçün birinci dərəcəli məsələ öz cibləridir, mənafeləridir, maliyyə vəsaitidir. Xaricidə olan bəzi qüvvələrdə bu kimi şəxslərə kifayət qədər maliyyə ayırırlar və onlar da bu maliyyə vəsaiti əldə etmək üçün anormal addımlar atırlar. Mən sizi əmin edirəm ki, sentyabr ayına qədərə onlara ayrılan bu maliyyə vəsaiti üstündə qırğın başlayacaq. Biz bunun dəfələrlə şahidi olmuşuq. Əlbəttə ki, onların maliyyə vəsaiti qarşılığından aksiyalar kimi anormal hərəkətlərə əl atmaları heç də yaxşı hal deyil. Ümumiyyətlə, adları çəkilən bu şəxslərin sentyabrda planlaşdırdıqları mitinqləri baş tutmayacaqdır. Çünki bu kimi qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB