Əli Kərimlinin və Qənimət Zahid kimi satqınlar Ermənistanın məğlubiyyətini özünün şəxsi məğlubiyyəti kimi qəbul edir
Ölməz “Don Kixot” əsəri ilə məşhurlaşmış ispan yazıçısı Migel de Servantes yazırdı ki, xəyanət, bəlkə kiməsə xoş gələ bilər, amma xəyanətkarlara hamı nifrət edir. Bəli, bu gün ürəyində Azərbaycan sevgisi olan hər bir vətəndaşımız Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Leyla Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və digərlərinin satqınlığının şahidi olur. Bu satqınların son günlərdə səsləndirdikləri sərsəm fikirlər bir daha sübut edir ki, onlar Azərbaycanı sevməyən ermənipərəst dairələrin tapşırıqlarını yerinə yetirirlər. Ancaq elin gözü tərəzidir, dünənki dələduzların meydana çıxıb özlərini vətənpərvər kimi xalqa sırımağa çalışmalarının heç bir faydası yoxdur. Xalq erməni dəyirmanına su tökən bu satqınların kim olduqlarını çox gözəl bilir.
İşğalçı Ermənistanın məkrli siyasəti hamıya məlumdur. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan rəsmi İrəvan beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirir və işğal siyasətindən diqqəti yayındırmaq məqsədilə müxtəlif vaxtlarda təxribatlara əl atır. İyulun 12-də Ermənistanın Tovuz istiqamətində Azərbaycana qarşı həyata keçirdiyi son təxribatı da buna misal göstərmək olar. İstər daxili, istərsə xarici siyasətdə acınacaqlı vəziyyətə düşən rəsmi İrəvanın çıxış yolu kimi Azərbaycanla dövlət sərhədində təxribata əl atması heç kimə sirr deyil. Əlbəttə, Azərbaycan Ordusundan layiqli cavabını alan Ermənistan rəhbərliyinin təxribat estafetini digər ölkələrdə yaşayan erməni vətəndaşlarına ötürdüyü də hamıya məlumdur. Bu dəfə də həmişə Azərbaycana nifrət nümayiş etdirən ermənilər dünyanın bir çox ölkəsində dinc nümayiş keçirən azərbaycanlılara qarşı zorakılıq tətbiq etdilər.
Əslində, erməni faşistlərinin Azərbaycana və Türkiyəyə qarşı nifrət püskürmələri bizə çoxdan məlumdur və son günlər ABŞ-da, Fransada, Belçikada, Rusiyada və digər xarici ölkələrdə azərbaycanlılara qarşı vəhşilik nümayiş etdirmələri yeni xəbər deyil. Ancaq son hadisələrdə Ermənistanın yalanlarını dəstəkləyən və gərginliyin artmasında həyasızcasına Azərbaycanı ittiham edən üzdəniraq milli satqınların son fikirləri, əlbəttə ki, böyük hiddət doğurmaya bilməz. Hər bir azərbaycanlının Ermənistanın təcavüzünə qarşı mübarizə apardığı bir zamanda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Leyla Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və və digərlərinin Azərbaycan hökumətinin ünvanına sərsəm fikirlər səsləndirmələri, əlbəttə ki, ölkə ictimaiyyətində ciddi narazılıq, qəzəb doğurur.
Vətəni xaricdə “gözəl həyata” dəyişən satqınlar...
Şübhəsiz, milli satqınlar bu gün özlərini “müxalifətçi” kimi qələmə versələr də, əslində, Vətəni xaricdə “gözəl həyata” dəyişən adi xəyanətkərlardır. Bəli, satqın və xəyanətkar! Son günlər Ermənistan mediasının və sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı məlumatlar yayılan zaman “etibarlı mənbə” kimi Sevinc Osmanqızı və Arif Məmmədova istinad etmələri məhz belə deməyə əsas verir. Məsələn, keçmiş səfir, 2015-ci ildə Azərbaycanı satdığı üçün diplomatik missiyadan rüsvayçılıqla qovulan Arif Məmmədov çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirməklə erməniləri sevindirir. Bu satqın iddia edir ki, guya, bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Lakin satqın diplomatın xaincəsinə deyilmiş bu sərsəm fikirlərinin kökündən yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur.
Acı təəssüf doğuran faktlardan biri də odur ki, baş nazir Nikol Paşinyana qarşı amansız mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər Ermənistana qarşı hər hansı bir tənqidi fikirlər səsləndirmədilər, əksinə, Azərbaycana qarşı hər bir ermənini birliyə çağırdılar. Xüsusilə qeyd etmək yerinə düşər ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, erməni erməniliyində qalır. Nə qədər bir-birinə rəqib olsalar da, Azərbaycanla mübarizə məsələsində birləşirlər. Amma bizim bu üzdəniraq “müxalifətçilər” belə həssas və məsuliyyətli məqamda birliyə və erməni təcavüzünə qarşı həmrəy olmaq əvəzinə Azərbaycan hökumətini ləkələməyə və rəsmi Bakını ittiham etməyə başladılar.
Əli Kərimli üçün satqınlıq hər şeydən üstündür
Bu gün Əli Kərimli üçün heç nə dəyişməyib. Ermənistanı və Paşinyanı tərifləyib Azərbaycan hakimiyyətini günahlandırmaqla, öz aləmində “siyasət” aparır. Hətta öz “Facebook” postunda yazır ki, “Ermənistanın yeni hakimiyyəti dinc demokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir”.
Fikir verin, insan nə qədər hakimiyyət və pul hərisi olmalıdır ki, torpaqlarımızı işğal etmiş, insanlarımızı qətl və şikəst etmiş düşmənlərimizə tərif yağdırsın və xalqımızın ən böyük problemini siyasi oyun alətinə çevirsin. Baxın, budur AXCP-nin və onun başında duran Əli Kərimlinin xisləti.
Azərbaycan cəmiyyətində bu gün əsas müzakirə mövzusu Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə quruculuq işləri və bu işlərə hər kəsin töhfə vermək istəyi ilə bağlıdır. Xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Ordumuz tərəfindən azad edilməsini qürurla qeyd edir.
Məlumdur ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu bəyanata əsasən Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana dinc yolla qaytarmağa məcbur oldu. Ermənistan rəhbərliyi ordunun demək olar ki, dağıldığını və bu razılaşmanı imzalamağa məcbur olduğunu bəyan etdi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Təsadüfi deyil ki, ermənilər bu məğlubiyyəti həzm edə bilmir, hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Ermənistan cəmiyyəti də açıq-aşkar 10 noyabr Bəyanatının kapitulyasiya aktı olduğunu etiraf edir.
Amma təəccüb doğuran məqamlardan biri bundan ibarətdir ki, belə bir şəraitdə, konkret olaraq özlərini “Milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Ermənilərin özləri 10 noyabr razılaşmasını Ermənistan üçün kapitulyasiya hesab etdikləri halda, Azərbaycanın radikal müxalifəti bunun əksini iddia edir. Qənimət Zahidin bu razılaşmanın ermənilərin kapitulyasiyası olmaması haqda sosial şəbəkələrdə yazdığı “məqalə”, AXCP sədri Əli Kərimlinin isə həmin yazını özünün “facebook” səhifəsində paylaşması buna sübutdur. Ə.Kərimli utanmadan deyir ki, bu yazı guya “İkinci Qarabağ savaşının nəticələri ilə bağlı xalqı manipulyasiya etmək cəhdlərinə verilmiş çox tutarlı cavabdır”.
Görünən odur ki, Ə.Kərimli ilə Q.Zahid ermənidən daha çox ermənilik etməyə çalışırlar. Əks halda, ordusu darmadağın olmuş, bu gün acınacaqlı vəziyyətə düşmüş Ermənistana göstərilən bu diqqət və canıyananlıq hardan qaynaqlanır? Bu şəxslər bütün imkanları ilə erməni xalqına məğlub olmadıqlarını sübut etməyə çalışırlar.
Q.Zahidin yazdığı və Ə.Kərimlinin paylaşdığı yazıda “kapitulyasiya” termininin “dərin” izahı verilir və nəticə etibarilə göstərilir ki, guya Ermənistan məğlub olmayıb. Belə olan halda, 44 gün ərzində Azərbaycan Ordusunun döyüşlə böyük əraziləri azad etməsinə, sonra Ermənistanın üç böyük rayonu Azərbaycana qaytarmağa məcbur olmasına niyə toxunulmur? Çünki 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Bu qələbənin ilk olaraq müəlifi Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz onun qurduğu strategiya nəticəsində Azərbaycan bu qələbəni tam təmin etdi. Və Azərbaycan bu müharibədə qalib gəlmək üçün ilk olaraq iqtisadi və diplomatik potensialını gücləndirdi. Ancaq bu günü Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Leyla Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və buk imi satqınlar Azərbaycanın əldə etdiyi möhtəşəm qələbəni həzm edə bilmir. Və bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi «siyasi mübarizə» adlandıraraq özlərini «əsl müxalifətçi» hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox!
Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli və bu kimi məxluqların «Azərbaycan əsgəri» adından danışmağa! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəkləriniz günü səbirsizliklə gözləyir! Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB