"Yavaş-yavaş Azərbaycandan asılı vəziyyətə düşür" - POLİTOLOQ DANIŞDI
"Belə böhranlı vəziyyətin olması təbii ki, gözləninən idi. Çünki qondarma rejim əhaliyə ciddi maraq göstərib, infrasturukturun qurulması, həyat fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar atmayıb. Bəzən televiziyada göstərirlər ki, hansısa bir tikinti gedir, infrastuktur layihələri həyata keçirilir. Amma məsələ burasındadır ki, artıq Ermənistan da qondarma rejimə maliyyə dəstəyi göstərə bilmir. Eyni zamanda xarici qüvvələrdən eləcə də, xarici dövlətlərdən və ya hansısa erməni diasporundan bu qondarma rejimə maliyyə axışı zəifləyib". Bu sözləri SİA-ya açıqlamasında politolq Samir Hümbətov deyib.

Samir Hümbətov Xankəndidə yaşanan içməli su qıtlığı ilə bağlı danışıb. O bu məsələ ilə bağlı fikrini belə izah edib: "Su qıtlığının yaranması birbaşa hansısa şirin su mənbəyinin kəsilməsi və ya həmin su xətlərində yaranan problemlərlə bağlıdır. Bu su qıtlığı Qarabağın bəzi ərazilərində hələ də mövcud olan qondarma rejimin ərazisində vəziyyəti daha da ağırlaşdıracaq. O qədər də yaxşı durumun olacağını və yaxud su ehtiyyatlarının tam təmin olunması yaxın vaxtlarda real görsənmir. Mən hesab edirəm ki, ermənilər bu məsələ ilə bağlı məcbur olub Azərbaycana müraciət etməli olacaqlar. Ola bilsin orda yaşayan ermənilər müraciət edəcək, ancaq bunu rus sülhməramlıları vasitəsi ilə etməyə çalışacaqlar. Çünki onların qəbul etdiyi şirin su qaynaqları Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır. Bundan sonra Qarabağdakı erməni əhalisi su ehtiyacını şimaldan Suqovuşan ərazisindən təmin edə bilər. Yəni əgər onların su ehtiyatları azalıbsa, Azərbaycana müraciət edə bilərlər. Burda mütləq Azərbaycanın icazəsi olmalıdır".
Günü gündən vəziyyəti ağırlaşan qondarma rejim ilə bağlı politoloq bunları deyib: "Görünür ki, qondarma rejim yavaş-yavaş Azərbaycandan asılı vəziyyətə düşür. Bu olduqca açıq şəkildə özünü göstərir. Bir müddət sonra nəinki içməli su ilə bağlı, həmçini yanacaq, təbii qazla və digər lazımi vasitələrlə bağlı Azərbaycandan asılı vəziyyətə düşəcəklər. Əgər Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını qəbul edərsə, sosial vasitələrlə bağlı təminat əldə etmiş olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB