Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır - ŞƏRH

44 günlük Vətən müharibsində Müzəffər ordumuz 30 il erməni işğal altında olmuş torpaqlarımızı azad edib, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan dünyanın iqtisadi, siyasi, eləcə də hərbi sahədə ən güclü dövlətlərdən olduğunu göstərdi. Regionda yaranan yeni reallıqlara uyğun olaraq bir sıra mələlərin həllində və layihələrin reallaşmasında Azərbaycan söz sahibi olaraq diqtə edən tərəfə çevrilib. Ümumiyyətlə, ölkəmiz bir sıra ölkələr və nüfuzlu beynəlxalq təşkilatlarla geniş strateji əlaqələrə malikdir.

Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində mühüm uğurlar əldə edilməsinin nəticəsi olaraq Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, GUAM-ın üzvüdür. Eyni zamanda Azərbaycan NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq edir. Azərbaycan dövlətinin ciddi, əsaslı siyasəti, ölkə daxili iqtisadi inkişafı ilə bu nufuzlu təşkilatlarında ən etibarlı, yüksək inam bəslənilən dövlət imici qazanıb.

Bu da dünyanın demokratik, aparıcı dövlətləri ilə yeni əməkdaşlıq münasibətləri yaradıb. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkə­mizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm tövhələr verən qlobal əhəmiyyətli tədbirlər keçirib. Koronovirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının vidiokonfrans formatında toplantısı keçirilib. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə və işinə mühüm töfhələr verməsinin nəticəsi olaraq üzv ölkələr 2022-ci ilə qədər dövlətimizin bu quruma rəhbərlik etməsini təklif etmiş və bu istiqamətdə qərar verilib. Təbii ki, səbəbsiz deyil ki, Azərbaycan ordusunun sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəzsilik Şurasının daimi üzvlərinin irəli sürdükləri separataçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır.

Türkiyə-Azərbaycan qardaşlığı

Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliqi, beynəlxalq təşkilatlarda, dispora fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən Qarabağda aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bununla yanaşı Ermənistan üzərində parlaq qələbə münasibəti ilə dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən Prezident Rəcəb Təyyub Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetçiklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün Türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə- Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatükün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədəimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də, hər il artmaqdadır. Hazırda Türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir. Bu günlər Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaxından iştirak edir. Bir millət iki dövlət prinsiplərinə uyğun olaraq yanğı söndürənlər ən gərgin nöqtələrində alovu ram etməyə çalışırlar. Bu fədakarlıq, mübarizlik türk qardaşlarımız tərəfindən alqışlarla qarşılanır. Demək olar ki, Türkiyənin bütün KİV-ləri, sosial şəbəkələri azərbaycanlı yanğın söndürənlərin fədakarlığından yazırlar, fotolar paylaşırlar. Təbii ki, yanğınların qarşısı ən qısa zamanda alınacaq. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin mənəvi, siyasi dəstəyi ilə erməni terrorçularını məhv edib, torpaqlarımızı azad etdik. Türk-Azərbaycan birliyi qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Bu baxımdan yanğınların söndürülməsi və onun ağır nəticələrinin ən qısa zamanda aradan qaldırılması şübhəsizdir.

Azərbaycan Avropa İttifaqı ilə yaxın tərəfdaşlıq edir

Ölkəmizin dünyada baş verən bütün siyasi - ictimai proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına daha bir töfhəni qurumun Prezidenti Şarl Mişelin iyulun 18-də Azərbaycana rəsmi səfəri ilə verdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Vətən müharibəsindən sonra regiona səfəri və Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşü çox mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Şarl Mişel Bakıda olarkən status məsələsinə toxunmadı. Bu isə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu təsdiqinin nümayişdir.

Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...