Zəfər toyu: bir ananın tükənməz sevinci! FOTOLAR

Natavan Dəmirçioğlu: “Tanrıma, taleyimə və Ali Baş Komandanım, cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, oğluma toyu qalib ölkənin, qalib vətəndaşı və qalib zabit anası kimi keçirdim”

Bu günlərdə tanınmış yazıçı-publisist , prezident təqaüdçüsü Natavan Dəmirçioğlunun ailəsində toy olub. Milli dəyərlərimizin üstündə qurulan toy məclisi şəhərin məşhur restoranlarının birində baş tutub.

SİA xəbər verir ki,Silahlı Qüvvələrimizin kapitanı Nurlan Ağarza oğluna məclis quran tanınmış yazıçı Analoq az - a bildirib ki, açıq havada, yaşıl təbiətin qoynunda, pandemiya qaydalarına əməl etməklə ailə üzvülərinin, yaxın qohumların, bəy-gəlinin dostlarının, tanınmış şəxslərin iştirakı ilə keçən toy milliliyi ilə diqqət çəkib.

“Tanrıma, taleyimə və Ali Baş Komandanım, cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, oğluma toyu qalib ölkənin, qalib vətəndaşı və qalib zabit anası kimi keçirdim”, deyən Natavan Dəmirçioğlu həmçinin qeyd edib ki,

Keçirilən möhtəşəm toy şənliyi sanki "Zəfər Toyu" idi.

Yazıçı publisist eyni zamanda qeyd edib ki, o torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz ruhları qarşısında baş əyir, qazilərimizdən isə halallıq istəyir: “Şəhidlərimizin ruhundan halallıq istəyirəm, qazilərimizə sağlıq və xoşbəxtlik arzu edirəm. Haqlarını halal etsinlər. Zəfərimizə dəstəyi olan Azərbaycanın birinci xanım Mehriban Əliyevaya və bütün analara oğul toyu arzu edirəm. Bu başqa bir hissdir”, Natavan Dəmirçioğlu qeyd edib.

Xanım yazarın “Zəfər Toyu” dediyi möhtəşəm şənlik həqiqətən də bəyin iş yoldaşları - Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzinin yüksək çinli zabitlərinin iştirakı ilə böyük coşqu ilə yadda qaldı xatirələrə yazıldı.

Bəyin dostu: “Nurlan, sən yeganə hərbiçisən ki, həm Şuşanı aldın, həm də şuşalını”

Toyda iştirak edən bəyin dostlarından biri isə toyun bəyibə xitabən “Nurlan, sən yeganə hərbiçisən ki, həm Şuşanı aldın, həm də şuşalını” deyə bildirib və toyda iştirak edən qonaqlara xoş ovqat bəxş edib.

Qeyd edək ki, Solmaz Kosayeva, Sahib İbrahimov, Gülnar İsayeva və digər tanınmış simalar da toyun musiqili qonaqları qismində iştirak edərək, qonaqlara unudulmaz sevinc və xoş saatlar bəxş ediblər.

Bİz də bəyimizə və gəlinimizə “Xoşbəxt olun!” deyir, səadət və bərəkətli ömür yolu arzulayırıq.

Analoq.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...