Zaxarova: "NATO bütün dünya birliyini aldadıb" - İDDİA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun "bloklararası qarşıdurmalara son qoyulacaq" fikirlərinə ümid bəsləyən dünya birliyini aldatdığını söyləyib. SİA-nın Rusiya mətbuatına istinadən xəbəri yayıb.

Rusiya XİN-in mətbuat katibi qeyd edib ki, NATO bloklar olmadan, sistemlər arasında qarşıdurmalar olmadan, bir -birlərini məhv etmək təhdidləri olmadan planetimizin inkişafında yeni bir mərhələnin başlanmasına ümid edənləri aldadıb".

Zaxarova NATO-nun iki genişlənmə dalğasının artıq baş verdiyini və Şimali Atlantika Blokunun hərbi infrastrukturlarının artıq Rusiya sərhədinə yaxınlaşdığını vurğulayıb: "Bütün bunlar isə ilkin şərtlər yaradır və qitədə onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırır".

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO ittifaqının "böyük düşmən" obrazı olmadan mövcud ola bilməyəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...