"Müqəddəs ZƏFƏRimizə belə kölgə salmaqdan utanmırlar" - Məlahət İbrahimqızı

“Son vaxtlar ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə əldə olunmuş möhtəşəm nailiyyətləri gözü götürməyən həm xaricdən, həm də daxildən olan bir qrup qüvvələr ictimaiyyətdə pozucu şayiələr yaymaqla məşğuldurlar”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı söyləyib.

Məlahət İbrahimqızı qeyd edib ki, hətta ölkəmizdə keçən il Müzəffər Ali Baş Kamandanın rəhbərliyi ilə qəhrəman Milli Ordumuzun 30 il işğal altda olan Qarabağ torpaqlarının azad olunmasını, ölkəmizdə aparılan çoxşaxəli , uğurlu və əsaslı islahatlar bu qüvvələri qane etmir: “Xüzusilə də beşinci kalonun hətta üç mindən çox şəhidinin qanı ilə və qazilərimizin sağlamlığı ilə yazılan möhtəşəm və müqəddəs ZƏFƏRimizə belə kölgə salmaqdan utanmırlar".

Millət vəkili əlavə edub ki, bu qüvvələr çox gözəl dərk edirlər onlar dünya birliyində böyük nüfuz və imic qazanmış möhtərəm Prezidentimizə heç vaxt nə bügün, nə də gələcəkdə alternativ və ya rəqiib ola bilməzlər: "Çox təəssüf ki, xaricdəki ermənipərəst qüvvələrin köləsi olam 5-ci kalon “müqəddəs missiyalarını” hələ də davam etdirirlər. Son vaxtlar isə sosial şəbəkələrdə və bəzi internet mediada guya Milli Məclisin vaxtından qabaq buraxılması sayələrini kimi yalan informasiya ilə cəmiyyətdə çaşqınlıq salmağa çalışırlar. müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir. Son illərdə Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son illərdə məhkəmə-hüquq, maliyyə-bank, struktur, kadr sahəsində aparılan islahatlarla bərabər ölkəmizdə siyasi institutların də təkmilləşdirilməsi sahəsində də uğurlu islahatlar aparılmışdır. Və bu istiqamətdə hələ də işlər davam edir. Prezident Administrasiyasında xüsusi şöbənin yaradılması, vaxtından qabaq parlament seçkiləri, ölkəmizin siyasi istablişmentinin daha da təkmilləşdirilməsi plüralizm və demokratiyanın sahəsində qazanılan nailiyyətlər ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Məhz Prezident Administrasiyasında Siyasi partiyalar və Milli Qanunvericilik şöbəsinin günün tələbinə uyğun fəaliyyətinin nəticəsidir ki, ölkəmizin ictimai-siyasi həyatının yeni siyasi konfiqurasiyası formalaşmışdır. Bu gün Milli Qanunvericiliyin fəaliyyəti möhtərəm Prezidentimizin müdrik və titanik fəaliyyəti nəticəsində həyata keçirdiyi dövlət siyasəti ilə tamamilə harmoniya təşkil edir. Son parlament seçkilərindən sonra Milli Məclis aparatının strukturunda və fəaliyyətində aparılan islahatlar qanunverici hakimiyyətin çevik və səmərəli fəaliyyətinə böyük dəstək oldu. Bu mənada içimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflas olacaqdır. Bu gün Milli Məclisin istər dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin əhali arasında təbliğində, istər qanunvaricilikdəki fəal iştirakı və istərsə də beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində fəal iştirak edor. Qeyd etmək lazımdır ki, bu gün seçici-millət vəkili əlaqəsi daha təkmil və əlçatandır. Xüsusi qeyd etmək istərdim ki, həm koronavirus pandemiyası və həm də 44 günlük Vətən müharibəsi dövründə 6-cı çağırış deputatlarının fəaliyyəti ictimaiyyət tərəfindən çox təqdir edilir"-o qeyd edib.

Deputat əminliklə vurğulayıb ki, Vətən müharibəsində qazandığımız ölkəmizdə və bölgədə yaranmış yeni reallıqlar mühitində Qanunverici hakimiyyət dövlətçiliyimizin və milli qanunvericiliyimizin güclənməsində daha böyük töhfə verəcəkdir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə