“Çətin ki, Fransa Ermənistana öz hərbçilərini göndərsin” Aleksandr Savelyev

Fransa prezidenti Emmanuel Makron aralıq seçkilərindəki pis nəticələri nəzərə alaraq, Fransadakı erməni diasporunun dəstəyinə ehtiyac duyur. Ona görə də Ermənistana hərbi təchizatı söhbətləri davam edəcək. SİA xəbər verir ki, bunu caliber informasiya analitik portalına Rusiya Federasiyasının dövlət dumasının MDB ölkələri, Avrasiyaya inteqrasiya və soydaşlarla əlaqələr işi üzrə ekspertlər şurasının üzvü Aleksandr Savelyev bildirib.

“Rusiya həmçinin ATƏT-in Minsk qrupunun həmsədridir və KTMT-dəki müttəfiqi olaraq Ermənistana silah göndədir. Lakin bu göndərilmələr Azərbaycana göndərilən silahlarla tarazlaşdırılır”, deyən Savelyev əlavə edib ki, müasir hərbi texnikanın istifadəsi çətindir və mütəxəssislərin hazırlığına ehtyac yaranır. Ermənistanda bu cür standartlar üçün mütəxəssislərin olmadığını da bildirən Savelyev NATO ölkələri texnikaları üzrə mütəxəssislərin də Rusiya istehsallı yeni silahların istifadəsində çətinlik çəkdiklərinə eyham vurub. “Çətin ki, Fransa öz hərbçilərini Ermənistana göndərsin”, deyə dumanın ekspertlər şurasının təmsilçisi qeyd edib və onu da bildirib ki, hazırkı zamanda Fransanın Ermənistanda hərbi planda hərbi yardım göstərməsi üçün mümkünlüyü və arqumentləri də yoxdur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...