Deputatın bu hərəkəti parlament üçün böyük ləkədir - Komissiya Sədri

"Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı kifayət qədər əsaslar var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib.

E.İbrahimov qeyd edib ki, bu hadisə parlament üçün çox böyük bir ləkədir: “Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə