Özgə yalı ilə yallalanlar uluya-uluya qalacaqlar ŞƏRH

Yaxud dağıdıcı müxaliflər Azərbaycan xalqı və qanunları qarşısında mütləq cavab verməli olacaqlar

Bu gün müxalifət deyəndə, satılan-satan ermənilərdən fərqlənməyən dağıdıcı düşərgənin çaqqaları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar, satqınlar. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur. Yenə də, həmişə olduğu kimi, əlverişli alətə çevrilən Sevinc Osmanqızı, Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Məmmədov Cəmil Həsənli, Qənimət Zahid və... kmii "virtual terminatorlar" Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı edilən hücumları müdafiə edən fikirlər səsləndirirdilər. Bu gün isə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışan siyasət meydanında yalnız təlkəx kimi hansısa fikirləri söyləyən və bunun müqabilində ermənilər tərəfindən pul və ya hədiyyə əldə etmək üçün böhtanlı fikirlər söyləməsi ancaq ürəkbulandırmaqdan savayı bir şey deyil. Necə deyərlər: milçək bir şey deyil, ancaq ürək bulandırır. Çünki Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin və onun kimilər hələ də imperialist, müstəmləkəçi-feodal təfəkküründədirlər və çirkin missiya ilə gündəmdə qalmaq istəyir.

Bütün mənliyini satan Paşinyan, Jirinovskisayağı Əli Kərimli “etalon”u və yaxud xainlərin “kredo”su dəyişmir

Tez-tez belə bir fikir deyirik - tarix unudulmur və hər kəs etdiyi əməllərin cəzasını çəkəcək… Radikal fikirli, “görkəmli hüquqşünas”, “millət fədaisi” satılıb-satan Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, “Yurd” şefinin sədrinin traypkası olan Cəmil Həsənli, özünü “Milli Şura”nın “primadonnası” Gültəkin Hacıbəyli, özünü “hüquq müdafiəçisi” hesab edən Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən təcavüzkar ölkənin özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanı müdafiə etməkdən usanmayaraq indi də sosial şəbəkələrdə Jirinovski adlı ipləmə sarsağın fikirlərinə dəstək olduqlarını bildirirlər. Bu təəccüb də doğurmur. Çünki istər Paşinyan, istər Jirinovski olsun təkcə dəli, faşist ideologiyası ilə silahlanmış avantürüst deyil, həm də qatı cinayətkardır. Eyni ilə Əli Kərimli, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli və bukimilər də cinayətkarlar, satqınlardır. Bir də, taylı-tayın tapar. Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar, sözün həqiqi və məcazi mənasında bununla da düşmən dəyirmanına su tökürlər.

Bu realllığı bu vicdansız və əxlaqsızlar anlaya bilməzlər. Çünki mayalarısatqınçılıq olub. Bir də “Azərbaycan saatı” kanalın Qənimət Zahid kimi əxlaqsızın hakimiyyəti şərləməyi “qəhrəmanlıq” sayırsa belələrini bu virusun qurbanına çevrilməsi labüddür. Və bu gün Qənimət Zahidin “bizim işimiz hökuməti şərləməkdir” etirafını etməsi ilə bir daha reallıqda birbaşa düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa yox, yaxın zamanlarda bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında! Və Paşinyan və Jirinovski kimi təlxəklərin sözlərini dəstəkləyən Əli Kərimli, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli və bu kimi cinayətkarlar, satqınlar bilməlidirlər ki, Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, ikitərəfli əlaqələr inkişaf etməkdədir. 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın güclü lider ətrafında birliyinin nəticəsi olaraq qələbə çaldıq. Azərbaycan xalqı cənab Prezidentin arxasında durur. Cənab Prezident nəyi nə vaxt, necə etməyi hamıdan yaxşı bilir. Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq nə Paşinyanın, nə Jirinovskinin, nə də özgə yalı ilə yallalan Əli Kərimli, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli və bu kimi cinayətkarlar, satqınların bacara biləcəyi bir şey deyil, onlar ancaq uluya-uluya qalacaqlar. Bu kimi Vətən xainlərinin torpağına, elinə, obasına ermənidən betər qənim kəsilən namərdlərin əsl qazancı isə xalqın nifrətidir. Bax, bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Və Paşinyan, Jirinovski kimiləri dəstəkləyən Əli Kərimli, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli və bu kimi satqınlar bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənlər mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə