Üç ölkənin parlament sədrləri Füzuliyə yola düşüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfəri başa çatıb. SİA-nın səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri Şuşadan Füzuliyə yola düşüblər.

Səfər çərçivəsində parlament sədrləri ermənilərin işğal dövründə Füzulidə törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə