"Hər kəs öz sözünü tutmalıdır" - TBMM-in sədri

"Zəngəzur dəhlizinin açılması ilə bağlı hər kəs öz sözünü tutmalıdır". SİA-nın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm Türkiyə üçün önəmlidir: “Zəngəzur dəhlizi vasitəsilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, həm Azərbaycanla Türkiyə arasında, həm də Türkiyə ilə Asiya ölkələri arasında quru yolu yaradılacaq. Məlumdur ki, bununla bağlı razılığa əldə olunub və hər kəs bu məsələdə öz sözünü tutmalı və dəhliz açılmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə