Əli Kərimlinin Elçibəyə nifrəti davam edir MÜXALİFƏT

Əli Kərimlinin Elçibəyə nifrəti davam edir MÜXALİFƏT

AXCP sədrinin trolları söyüş və təhqirlərini yağdırmaqdadırlar

AXCP sədri Əli Kərimlinin partiyanın mərhum qurucusu, Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş Əbülfəz Elçibəyi trolları vasitəsi ilə təhqir etdirməkdə davam edir. Sirr deyil ki, Əli Kərimli məhz bu kimi vasitələrlə hələ Elçibəy sağ olarkən ona qarşı təhqir kampaniyaları apararaq sonradan partiyanın sədrliyini, sözün əsl mənasında, işğal etdi, Elçibəyə sadiq olan şəxsləri çıxdaş etməklə, cəbhəni şəxsi siyasi biznes məkanına, əslində, isə bazarına çevirdi.

Və maraqlısı həm də ondadır ki, bu gün mərhum AXCP lideri ilə yanaşı, onun yaxınları, hətta övladları da təhqir hədəfinə alınır, onlara qarşı olmazın söyüş kampaniyaları aparılır. Belə bir qeyri-insani rəftardan isə təəccüblənməyə dəyməz, çünki bu rəftarı etdirən, onun başında dayanan məhz Əli Kərimli kimi şərəf və ləyaqətini hər şeyə satan biridir.

Elçibəyə qarşı sui-qəsd düzənləyəndən başqa nə gözləmək olar?

Bu əsnada qeyd etmək yerinə düşərdi ki, hələ illər əvvəl Əli Kərimlinin və zamanında onun “Yurd” qruplaşmasında olan şəxslərin (onların əksəriyyəti sonradan müxtəlif qalmaqallar səbəbindən oranı tərk etdilər) bir araya gələrək, Əbülfəz Elçibəyə qarşı sui-qəsd (zəhərlənmə iddiası ilə) törətmələri ətrafında məlumatlar üzə çıxmışdı. Bu da öz yerində...

Lakin bu gün Elçibəyin oğul övladının da hədəfə alınması artıq bir daha isbat edir ki, kirli, mənəviyyatsızlıq və qeyri-insanilik münasibəti bu “adamların” qan(sızlıq)larına hopub. Məsələ ondadır ki, bir neçə gün öncə Elçibəyin oğlu cəbhəçiləri xeyir işinə dəvət etmədiyinə görə təhqirlərə məruz qoyulmuşdu. Partiyanın üzdə olan gəncləri Elçibəyi və hətta onun nəslini təhqir etmişdilər. Məsələn, onlardan biri olan Fuad Əhmədli açıq küçə söyüşlərini yazmışdı.

Əli Kərimli öz idbar xüsusiyyətlərini Elçibəyin portreti arxasında gizlətməyə cəhd edir

Digər tərəfdən, Elçibəyi və yaxınlarını təhqir edənlər arasında bu gün Avropada Əli Kərimlinin trolluğunu edən Zakir Ağayev də var. O, Fuad Əhmədlinin təhqir statusuna cavab yazaraq Elçibəyi qorxaq və qətiyyətsiz adlandırıb, üstəlik, Əli Kərimliyə bəytərifi yağdırmaqla onu üstün saydığını əlavə edib. Beləliklə, fakt budur ki, bu gün hər hansı bir tədbirində Elçibəyin portretini başının üzərindən asan Əli Kərimli, əslində, növbəti dəfə rola girir və öz idbar xüsusiyyətlərini onun portreti arxasında gizlətməyə cəhd edir. Amma edə bilirmi..?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə