Səadət Qədirova: “Gözləyin... özü də 30 deyil, 300 il” Ermənilərə cavab

Səadət Qədirova: “Gözləyin... özü də 30 deyil, 300 il” Ermənilərə cavab

“Maraqlıdır! Siz beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasına və s. tüpürmək istəyirdiniz... siz gəzə-gəzə qışqırırdınız: biz qaliblərik, siz ticarətçilərsiniz, biz almışıq və verməyəcəyik, hə, biz belə bərkgedənik... qaliblər mühakimə olunmurlar”. SİA xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Səadət Qədirova teleqram səhifəsində erməni tərəfinin vaxtilə beynəlxalq qanunlara zidd davranışlarına münasibətlərini xatırladarkən yazıb.

O, əlavə edib: “İndi beynəlxalq hüquq yadınıza düşüb? Dəqiq reaksiyalar keçir ürəyinizdən? Gözləyin... özü də 30 deyil, 300 il. Siyasətdə ikili standartlar nadir hal deyil, ancaq özünüzün pozduqlarınızı indi durub tələb etmək həyasızlıqdır, bunu isə uzaqgörənliyi olmayan siyasətçilər edə bilərlər. Bu, olmayacaq... Və nida işarəsi!”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə