İlk dəfə Mətbuat Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“22 iyul Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu il Azərbaycan jurnalistləri ilk dəfədir ki, bu tarixi günü qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Onların hər birinə bundan daha gözəl, daha mənalı bayram təbriki yoxdur. Bəziləri peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıblar, Allah onlara rəhmət eləsin!”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan mətbuatı çox böyük, keşməkeşli və zəngin yol keçib: “Bu gün isə dövlətimizin davamlı dəstəyi medianın inkişafına, fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə yeni imkanlar yaradır”.
R.Məmmədov vurğulayıb ki, Azərbaycan jurnalistləri cəmiyyəti narahat edən problemlərə işıq salmaqla yanaşı, dövlətin mövcud çətinliklərə, meydana çıxan neqativ hallara daha operativ, çevik və dəqiq reaksiya verməsində də müstəsna rol oynayır: “Mən bütün jurnalistlərimizi, media qurumlarında çalışan dostlarımızı 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara şərəfəli və çətin peşələrində uğurlar arzulayıram! Bayramınız mübarək, əziz dostlar!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB