İran, Azərbaycan, Rusiya və Türkiyə arasında birgə bazar yaradılır

İran, Azərbaycan, Rusiya və Türkiyə arasında birgə bazar yaradılır

İran, Azərbaycan, Rusiya və Türkiyə arasında birgə bazarın yaradılması üçün əməkdaşlıq haqqında müqavilə imzalanıb.
SİA xəbər verir ki, bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri Azəri Çəhromi deyib. O bildirib ki, beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün adı yuxarıda göstərilən dövlətlərin böyük potensialı var. Bu potensialdan səmərəli istifadə edərək birgə bazarın yaradılması zərurətini yaradıb.
İranlı nazir nəzərə çatdırıb ki, tərəflər arasında aparılan danışıqlar səmərəli olub və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə