“Makron çox həyasız adamdır” - POLİTOLOQ "AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI"

“Makron çox həyasız adamdır” - POLİTOLOQ "AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI"

“Fransa prezidenti Emmanuel Makron çox həyasız adamdır. Həm də Qarabağa status tələb edən dövlət başçılarından biridir. Bu məsələni aktuallaşdırmaq üçün E.Makron Ermənistana səfəri çərçivəsində Xankəndinə gələ bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ilə Fransa arasında bu məsələdə çox dərin iş birliyi var: “Rusiya tərəfi məsələləri tam qabartmasa da, Fransa həm beynəlxalq təşkilatlarda, həm öz ölkəsində, indi isə Ermənistana səfəri çərçivəsində Xankəndinə səfər etməklə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyir. Amma Azərbaycan tərəfi bununla əlaqədar olaraq tədbirlər görməlidir. BMT-yə, elə Fransanın özünün daxil olduğu Avropa Birliyinə müraciət etməlidir. Çünki Avropa Birliyi, BMT, Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası və digər tanınmış beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Dağlıq Qarabağ qondarma qurumuna hər hansı bir münasibət bəsləməyir. Belə olan halda E.Makronun bu beynəlxalq təşkilatların qərarlarını nəzərə almadan Xankəndinə getməsi kifayət qədər bölgədə münasibətləri gərginləşdirəcək. Yəni siyasətlə məşğul olan bu adam bilməlidir ki, onun hərəkəti bölgədə müharibənin alovlanmasına gətirib çıxaracaq”.

Q.Hüseynli bildirib ki, bölgədə vəziyyət gərginləşərsə, Azərbaycan güc yolu ilə Dağlıq Qarabağdakı bu qalan kiçik bir ərazini də öz ordusunun nəzarətinə keçirəcək və Rusiya sülhməramlılarını isə bölgədən ya çıxarmaq, ya da onların fəaliyyəti ilə bağlı müəyyən əsasnamənin qəbul edilməsinə nail olacaq: “Bir sözlə, E.Makronun bölgəyə gəlməsi ehtimalı var. Amma Azərbaycan indidən beynəlxalq təşkilatlara və digər təşkilatlara müraciət edərək onun bu avanturist planlarını pozmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə