Vaşinqton və Parisin Qafqaz siyasi arenasındakı təsir imkanları kifayət qədər aşağı düşüb və bu amil, əsasən, Minsk qrupunun Qarabağ münaqişəsində uğradığı uğursuzluğu və nəticəsizliyi ilə bağlıdır. Lakin göründüyü kimi, adıçəkilən qrup hələ də “kürəyini yerə vurmaq” istəmir və eyni zamanda, 30 il əvvəl başladılmış geosiyasi oyunu tərk etməyi düşünmür.
Fransanın prezidenti Emmanuel Makron Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın dəvəti ilə yaxın müddətdə İrəvana səfər etmək niyyətindədir. Belə ki, Ermənistanın özündə də hazırkı vəziyyətlərində fransızların dəstəyi hava-su kimi lazımdır – xüsusilə hakimiyyəti qorumaq üçün.
Yeliseyin diktəsi?
Bu baxımdan, Yelisey sarayındakı partnyorları mövcud faktı yaxşı anlayırlar, ona görə də əməkdaşlıq sahəsində məhz öz şərtlərini inamla irəli sürə bilərlər.
Digər tərəfdən, Makronun da qarşıdan gələn prezident seçkilərində kütləvi erməni lobbisinə ehtiyacı olacaq. Bu yanaşmadan da çıxış edərsək, tərəflərin bir-birinə qarşılıqlı dəstəklərini gözləmək mümkündür.
Lakin Fransanın Qafqazdakı geosiyasi maraqları birinci növbədə dayanır və Paris İrəvandan bir tələbi edəcək – Fransa ilə ABŞ-ın kənarda qalması ilə müşahidə edilən danışıqlardan çəkilmək. Daha dəqiq desək, Azərbaycan və Rusiya ilə aparılan danışıqlardan imtina etmək. Əbəs deyil ki, artıq son vaxtlar erməni KİV-ləri də məhz bu ideyanı təbliğ edirlər. O cümlədən, son vaxtlar Moskvanın sərhədlərdə baş verən təxribatlara fəaliyyətsizliyi daha çox dərc edilir.
Ağ evin strateji hədəfi nədir?
Maraqlıdır ki, bu tezis eyni zamanda Ermənistanın ikinci partnyoru – ABŞ-ın da maraqlarına cavab verir. Belə ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması məsələsi Ağ evin strateji hədəfi kimi götürülüb. Bunun üçün Birləşmiş Çtatlar artıq Gürcüstana ardıcıl təzyiqlər göstərirlər və Ermənistana qarşı da bənzər addımları gözləməyə dəyər.
Diqqət çəkən faktorlardan biri də amerikapərəst məmur Armen Qriqoryanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilməsidir. O, faktiki olaraq Ermənistanın diplomatik idarəsinə rəhbərlik edir və İrəvanın siyasi əlaqələrini qurur.
Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsi Türkiyə və Rusiyanın maraqlarını bölən xəttdir. Nəticədə Vaşinqton əlinə düşən imkandan maksimum yararlanmağa cəhd göstərir, məhz İrəvanda əl uzatmaqla Ankara və Moskvanı nəyin bahasına olursa-olsun toqquşdurmağa çalışır.
Nəticədə, baş verən proseslər kontekstində Ermənistan sözügedən situasiyanın girovuna çevrilib. İrəvan Fransanın və ABŞ-ın şərtlərini, tələblərini realizə edir, hətta belə düşünür ki, bu tələbləri yerinə yetirərsə, Paris və Vaşinqton Qarabağın mümkün olmayan “müstəqilliyini” tanıyacaqlar və s.
Lakin sözügedən təxribatlar çox təhlükəli alətdir və bu alət hətta müharibədən sonra qurbanlar gətirir. Bu isə, əslində, dəqiq olaraq erməni xalqına lazım olmayan bir məsələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB