"Qoşulmama Hərəkatı Azərbaycanın haqq səsinin..." - DEPUTAT AÇIQLADI
“Azərbaycan Respublikasının qısa müddət öncə Qoşulmama Hərəkatına üzv olmasına baxmayaraq Azərbaycanın xarici siyasət strategiyanın banisi cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində 2019-cu ildə Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədrliyi kimi tarixi bir status əldə etmə imkanını həyata keçirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, 20-dən çox ölkəni özündə birləşdirən, BMT-dən sonra ən böyük beynəlxalq dövlətlərarası qurum olan Qoşulmama Hərəkatının içərisində Azərbaycanın uğurlu fəaliyyəti, covid-19 virusuna qarşı mübarizə çərçivəsində həyata keçirmiş olduğu fəaliyyətdə olan sədr kimi liderliyi sayəsində BMT-nin xüsusi sessiyası çağırıldı: “Bu sessiya çərçivəsində Qoşulmama Hərəkatı kasıb ölkələrə bilavasitə vaksinlərin paylaşılması, ortaya çıxan problemlərin aradan qaldırılması ilə bağlı təşəbbüsü fikir olaraq irəli sürdü. Ümumiyyətlə dünyada baş verən, cərəyan edən hadisələr, konfliktlər, problemlərə qarşı sürətli reaksiyaların verilməsi Qoşulmama Hərəkatının Azərbaycanın bilavasitə rəhbərliyi və şəxsən cənab Prezident İlham Əliyevin fəaliyyətdə olan sədrliyi dövründə nüfuzunun, imicinin güclənməsinə, fəaliyyət dairəsinin genişlənməsinə, şübhəsiz ki, BMT-nin vermiş olduğu hədəflər, istiqamətlər doğrusunda fəaliyyətinin aktiv şəkildə fazaya keçməsinə səbəb olmuşdur”.
Deputat həmçinin qeyd edib ki, təsadüf deyil ki, bütün bunları nəzərə alan Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın bir il daha Qoşulmama Hərəkatına sədrlik etməsini Azərbaycandan xahiş etmiş və Azərbaycan Prezidenti də bu xahişi nəzərə alaraq qəbul etmişdir: “Əminəm ki, 2022-ci ildən sonra davam edəcək Qoşulmama Hərəkatına sədrliklə bağlı proses cənab Prezidentin rəhbərliyi altında təşkilatın daha da geniş vüsət alan fəaliyyətin inkişafına güclü töhfə vermiş olacaq. Şübhəsiz ki, konfiliktlərin həll olunması münaqişələrin sülh və təhlükəsiz şəraitdə həyata keçirilməsi, xüsusilə də Qarabağ kimi 30 illik münaqişəni həll etdikdən sonra Azərbaycanın topladığı təcrübəni dünya birliyi ilə paylaşması, Azərbaycanın haqq səsinin, doğru və obyektiv mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında da bu proses və fəaliyyətdə olan sədrlik mühüm rol oynayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB