“Fransa həm müharibə zamanı, həm də müharibənin bitməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə ermənipərəst mövqe sərgiləyərək mandatına tamamilə zidd fəaliyyət və yanlış siyasət həyata keçirir. Əslində isə Fransanın daxilinə nəzər yetirdiyimiz zaman orada yaşanan hadisələr göstərir ki, ədalət prinsipi heç öz ölkəsinin vətəndaşlarına da tətbiq olunmur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bu məqamı təsadüfən vurğulamadığını deyib: "Çünki Paris şəhərində polis zorakılığına və irqçiliyə qarşı keçirən etiraz aksiyasının iştirakçıları Makronun siyasətindən, ədalətsizliyindən, bezərək “Ədalət yoxdur!" – şüarlarını səsləndirirlər: “Makronun konyuktur maraqlara xidmət edən, islamofob siyasətinin nəticəsi onun hakimiyyətinin reytinqinin çox aşağı düşməsinə də gətirib çıxarıb. Belə ki, prezidentliyi dövründə Paşinyan kimi yalnız populist vədlərlə yadda qalan Makronun nüfuzunun yerlərdə süründüyü son regional seçkilərdə aydın şəkildə üzə çıxıb. Regional seçkilərin mənfi geridönüşünü görən Makron Ermənistana növbəti dəfə səfərini reallaşdırmaqla erməni diasporunun dəstəyini qazanmağa çalışır”.
Ş.Həsənova vurğulayıb ki, Makron erməni maraqlarına xidmət etməkdən nə düzgün daxili, nə də xarici siyasət yürüdə bilmir: “Makronun idarəçiliyi dövründə polis zorakılığına qarşı baş qaldıran etirazların çoxalması onun daxildə səriştəsiz idarəçiliyinin göstəricisidirsə, açıq-aşkar ermənipərəst mövqeyi xarici siyasətinin tamamilə yalnış konturlar üzərində qurulduğunun, Fransanın ATƏT-in həmsədr ölkəsi kimi ermənipərəst siyasət yürütməklə mandatına zidd hərəkətinin, Fransanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun düşməsinin və nəticə etibarilə Makronun, necə deyərlər elə öz əli ilə öz quyusunu qazması deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB