Britaniya kəşfiyyatının bəyanatı barədə sual cavablandırıldı PESKOV TƏRƏFİNDƏN

Britaniya kəşfiyyatının bəyanatı barədə sual cavablandırıldı PESKOV TƏRƏFİNDƏN

Kremldə Britaniya kəşfiyyatının Rusiya Federasiyası ilə Çin arasında təxribatçı fəaliyyət ittihamları ilə bağlı bəyənatı hələ görən olmayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr, düzünü desək, hələ görməmişik, hələ tanış olmamışıq", deyə Peskov bildirib.

Xatırladaq ki, Britaniya hərbi kəşfiyyatının rəhbərinin Rusiya və Çinin guya təxribatçı işə rəhbərlik etdiyini ifadə edən bəyənatının olduğu barədə fikirlər dolaşır. Qeyd edək ki, elə bu barədə də jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova sual ünvanlayıblar. Peskov isə, jurnalistlərin sualını cavablandırarkən ümumiyyətlə, Kremldə heç kimin o bəyənatı görmədiyini deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə