“Fransa prezidenti Emmanuel Makron ermənipərəst olduğunu heç vaxt inkar etməyib. 44 günlük Qarabağ müharibəsi ərəfəsində Makronun Ermənistana göstərdiyi dəstək, Azərbaycanla bağlı işlətdiyi ifadələr və sonradan üzə çıxan sms yazışmaları göstərdi ki, bu adam sırf ermənipərəstdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Çingiz Qənizadə deyib.

Politoloqun sözlərinə görə, daha dəqiq araşdırmalardan sonra məlum olub ki, Makron mənşə etibarilə ermənidir: “Makrondakı bu erməni sevgisinin haradan gəldiyi hər kəsə maraqlı idi və bu araşdırma nəticəsində səbəb də bəlli oldu. Makronun ermənilərə dəstək verməsinin əsas səbəblərindən biri də qarşıdan gələn prezident seçkilərində Fransadakı erməni diasporunun dəstəyini qazanmaqdır”.
Ç.Qənizadə vurğulayıb ki, Makronun Ermənistana növbəti səfəri də hesab edirəm ki, prezident seçkilərinə hesablanmış addımdır: “Digər tərəfdən müharibədə məğlub olaraq rüsvay olmuş Ermənistan və onun rəhbərlərinə mənəvi dəstəkdir. Burada hər hansı siyasi və ya hərbi dəstəkdən təbii ki, söhbət gedə bilməz. Bu görüşü Azərbaycan ordusunun qalibiyyətindən sonra pis günə dünə düşmüş iki rəhbərin görüşüb bir-birlərinə mənəvi dəstək verməsi kimi qiymətləndirmək olar. Amma ən əsası bu səfərlə Makron seçkilərdə Fransa ermənilərinin dəstəyini qazanmaq məqsədi güdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB