Deyəsən, Paşinyan və onu dəstəkləyənlər Dümanın əsərini yaman çox sevirlər və özlərini o əsərin qəhrəmanları kimi görürlər. Amma unudurlar ki, Dümanın əsərinin qəhrəmanları cəsarətli və açıq döyüşürdülər. Bunlar isə əsərin “formatını” oğurlayıb məğzini tutmayıblar...
Beləliklə, Paşinyanın üç dostu Şuşaya getmədi - Fransa, Rusiya və ABŞ...
Lakin hər üç ölkənin Azərbaycandakı təsir agentləri dərhal bu məsələni müxtəlif cəhdləri vasitəsi ilə ört-basdır etməyə çalışdılar.
Amma üç fitnəkarın verdiyi mesajlar kifayət qədər aydındır və onu dərindən araşdırıb nəticələr çıxarmağa da ehtiyac yoxdur. Nədir həmin mesajlar? Sıralaması ilə diqqətə çatdırırıq:
- Biz Şuşanı Azərbaycanın ərazisi kimi tanımırıq;
- Şuşanın statusu hələ məlum deyil, biz onun statusunu hələ müəyyən etməmişik;
- Siz deyirdiniz Minsk Qrupu ölüb, bu da sizə cavab - hələ diriyik və əsəblərinizlə hələ çox oynayacağıq...
İndi isə gəlin hər ölkənin mövqeyini ayrı-ayrılıqda təhlil edək:
Rusiya
Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiya, ümumiyyətlə, həmin əraziləri artıq özününkü kimi hesab edir. Belə ki, orda “sülhməramlılar” adı altında öz hərbi qüvvələrini yerləşdirirb. Moskvaya münasibətdə Bakının səbrli, təmkinli, beynəlxalq hüquqa xas davranışlarından ruhlanan (əslində, ayağı yer alan) şimal qonşumuz təxminən bu cür hesab edir: mən öz ərazimə niyə Azərbaycanın dəvəti ilə getməliyəm və s.?
Bəs görəsən ölkəmizdə kimsə, ümumiyyətlə, sülhməramlı qüvvələrlə xarici hərbi baza arasındakı fərqi dərk edə bilib? Fərq isə çox sadədir: sülhməramlı qüvvələr hər hansı bir beynəlxalq qurumun mandatı ilə həyata keçirilir. Bütün digər hallarda həmin qüvvələr xarici hərbi qüvvələr sayılır və həmin qüvvələrin yerləşdiyi ərazi xarici hərbi baza kimi qəbul edilir və Rusların hazırda Qarabağdakı qüvvələri sadəcə sülhməramlı görüntüsündə olan Rusiya hərbi bazasıdır. Rusiya ümumiyyətlə, Ermənistanı quberniya olaraq öz tərkibinə qəbul etməyə hazırlaşır, yaxud ayrıca federativ subyekt qismində. Və bu baş verdiyi halda, Rusiya Qarabağı da ona qatmaq istəyəcək. Biz, bu haqda ətraflı yazmışdıq.
https://sia.az/ru/news/politics/878629.html
Xatırladaq ki, bununla bağlı Rusiya Duması hələ 16 may 1997-ci ildə xüsusi bəyanat da qəbul etmişdi.
Fransa
Fransa artıq qondarma “artsax” respublikasını rəsmi, ya da qeyri-rəsmi tanıyıb və bu baxımdan bu ölkə heç vaxt Şuşaya Azərbaycanın dəvəti ilə getməyəcəkdir.
ABŞ
ABŞ-da hazırda hakimiyyətdə olan demokratlar, ümumiyyətlə, ermənipərəst mövqedə olublar. 907-cü düzəlişin müəllifi vaxtı ilə elə Bayden olub. Və Ağ ev hazırda qondarma Dağlıq Qarabağ respublikasının tanınması istiqamətində hazırlıq görür. Bunu ayrı-ayrı demokrat təmsilçilərinin fikirlərindən, müsahibə və açıqlamalarından da görmək mümkündür. Hətta artıq gələn ilin büdcəsində “dqr”ə 60 milyon dollar məbləğində bərpa üçün vəsait də ayrılması müəyyən edilib.
ABŞ-ın sərsəm Qərbi Berlin variantı
Müxtəlif mənbələrdən ABŞ-ın Qarabağla bağlı yeni təşəbbüsünün irəli sürəcəyi iddiaları sızmaqdadır. Məlumatlara görə, ABŞ “artsax respublikasını” tanıyarkən Şuşa şəhərində ikinci dünya müharibəsindən sonra irəli sürdüyü “Qərbi Berlin” variantını nəzərdə tutur. Yəni ABŞ Azərbaycandan tələb edəcək ki, Şuşa iki hissəyə bölünsün: bir hissəsi Azərbaycanın nəzarətində qalsın, digər hissəsi isə “artsax respublikasının”. Tezliklə, ABŞ Azərbaycana bu kimi sərsəm təklifli təqdim etmək üçün xüsusi nümayəndə də göndərə bilər. Çox güman ki, bu axmaq təklif artıq Rusiya və Fransanın bəlli dairələri ilə müzakirə edilib və onların da razılığı alınıb.
Təxribatın təşəbbüskarı kim olub?
Şübhəsiz ki, həmsədr ölkələrin səfirlərinin ölkə başçısının dəvətini rədd etmələri təxribatdır. Və əsas məsələ və sual da odur ki, bu təxribatın təşəbbüskarı kim olub? Şübhəsiz ki, ABŞ. Belə ki, biz əvvəllər də qeyd etdiyimiz kimi, ABŞ-la Rusiyanın müasir dünyada üst-üstə düşən yeganə maraqları – ermənilərə olan sevgiləri və tistian təəssübkeşliyidir: ABŞ-da ən “sevilən” qadın Kim Kardaşyan, Rusiyada isə ən “sevilən” qadın Marqarita Simonyan olduğu kimi. Başqa sahələrdə Rusiyaya məğlub olan ABŞ, Qarabağ cəbhəsində Rusiyanın dəstəyini istəyir və zaman-zaman da alır. Rusiya isə orda hərbi qüvvələr yerləşdirdikdən sonra, ABŞ-la siyasi alverdə Qarabağdan mütləq istifadə edəcəkdir.
Səfirliklərin cavabı
Bütün bu biabırçılıqda bizə qarşı ən təhqiredici addımı ABŞ səfirliyi atdı. Getməməyin səbəbinə dair suala cavab olaraq səfirlik bəyan etdi ki, “ həmin günü başqa ölkələrin səfirləri də Bakıda idi”. Bu nə cavabdır belə? Sən həmsədrsən deyə sənə sual verirəm. Yoxsa sən özün də etiraf edirsən ki, sənin Qarabağdakı rolun digər ölkələrdən fərqlənmir? Və yaxud bizi o dərəcədə savadsız və küt hesab edib bizə belə ələ salıcı cavab verirsən?
Fitnəkar üçlüyün yeni reallıq yaratmaq cəhdi
Beləliklə, fitnəkar üçlük yenə status kvonu dəyişmək istəyir. Fəallığı isə yenə də Blinken göstərir. İki gündən-bir zəng edir Paşinyana və ürək - dirək verir ki, “ qorxma mən səninləyəm. Azərbaycanda olan bütün terrorçularını da qaytaracam sənə. Hələ Şuşanı da alıb verəcəyik sənə”.
Paşinyan da sevincək olur, gah Araiki göndərir Moskvaya, get-gör neynəyirsən, gah köməkçisini göndərir Xankəndiyə. Blinken isə həqiqətən hücuma keçib. Daha arxasında o boyda Soros kimi daydayı var axı...
Buna deyir qorxma, hücum elə Azərbaycana, orda mənim adamlarım və təşkilatlarım var, sənə lazımı köməkliyi göstərəcəklər. Və həqiqətən də ermənilər son günlər atəşkəsi pozmaqla məşğuldurlar. Sorosçular isə ölkə daxilində ciddi şəkildə fəallaşıb. Məsələn Sorosun əsas icraçı qurumu olan USAİD son dövrlərdə yamanca fəallaşaraq çalışır bütün dövlət qurumları ilə əməkdaşlıq haqqında memorandumlar imzalasın ki, özünün Azərbaycandakı fəaliyyətinə hər hansı bir hüquqi status əldə etsin, belə ki, indiyə qədər USAİD Azərbaycandakı fəaliyyətini tənzimləyən hər hansı bir hüquqi sənəd yoxdur. Şübhəsiz ki, bu təxribatı cavabsız qoymaq olmaz.
Azərbaycanın reaksiyası mütləqdir
Bütün bunlardan sonra XİN mütləq şəkildə qeyri-dost ölkələr siyahısını hazırlaya və bu siyahıya düşən ölkələrin səfirliklərinə qarşı müəyyən məhdudedici tədbirlər görə bilər. Məsələn, bu səfirliklərə yerli işçi heyəti cəlb etmək qadağan edilməklə qərəzli addımlara qarşı sərt cavab verilə bilər.
Belə deyək, onlar bizə qarşı 907-ci düzəliş qəbul edib sonra ona mütəmadi moratorium elan edirlər, biz də onlara qarşı 1-ci düzəliş qəbul edərək, ABŞ səfiri Şuşaya getdikdən sonra bu 1 nömrəli düzəlişə bir illik moratorium elan edərik. Bir də belə səhv edərlərsə, yenə tətbiq edərik!
Bir sözlə, biz indi bir addım geri çəkilsək, bunlar bizim üstümüzə daha çox gələcəklər, odur ki, gərək birinci dəfədən başlarına elə “diplomatik yumruq” vuraq ki, ağılları qayıtsın yerinə...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB