YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər FOTOLAR
YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayon təşkilatının üzvləri Vətən müharibəsində rayonun sakinləri müddətdən artıq xidmət edən hərbi qulluqçu, qazi Ramil Quluyev Vidadi oğlunu və qazi Əli İlyasov Məhiyəddin oğlunu ziyarət edərək ailəsini ziyarət edərək, şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət etdilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb Şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad etdilər.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ziyarət zamanı xalqımızın belə qəhrəman oğullarımızla fəxr etdiklərini, torpaqlarımızın qorunması uğrunda canından keçən Ramilin, Əlinin hünərinin hər bir gəncə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımasının vacibliyini qeyd edib.Ramiz Şabanov onu da vurğulayıb ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub: «Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər".
Qeyd olunub ki, qazi Ramil Quluyev Vidadi oğlu «Cəsur döyüşçü”, “Suqovuşanın azadlığı uğrunda”, “Ağdamın azadlığı uğrunda” medallarına, qazi Əli İlyasov Məhiyəddin oğlunu “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
Təşkilat üzvləri, həmçinin ailənin problemləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər. Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB