"Şuşa bəyannaməsindən sonra mahiyyətcə növbəti böyük fərmandır” - DEPUTAT ŞƏRH ETDİ

"Şuşa bəyannaməsindən sonra mahiyyətcə növbəti böyük fərmandır” - DEPUTAT ŞƏRH ETDİ

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman əlbəttə ki, son dönəmlərdə bəlkə də Şuşa bəyannaməsindən sonra mahiyyətcə növbəti böyük fərmandır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu fərmanla ilk növbədə tarixi ədalətin bərpasının olundu: “Çünki Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandıqdan sonra yeni reallıqlar yarandı və bu reallıqlara uyğun da yeni iqtisadi rayonların bölgüsü də müəyyənləşməli idi. 30 il erməni işğalı altında olan torpaqları Azərbaycan Ali Baş Komandanımızın rəhbərliyi ilə, müzəffər ordumuz həmin torpaqları işğaldan azad etdi. Bu yeni bölgü də tarixi ədalətin bərpasıdır. Çünki burada Şərqi-Zəngəzur böyük iqtisadi rayonunun olması, o cümlədən Xankəndinin, Xocalının və digər rayonlarının olması bir daha onu göstərir ki, bu torpaqlar Azərbaycanın əzəli və tarixi torpaqlarıdır və belə də qalacaqdır. Digər bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, bərpası, iqtisadi inkişafının təmin edilməsi, o cümlədən digər rayonlarının, bölgələrinin iqtisadi inkişafının təmin edilməsi baxımından əlbəttə ki, bu fərman çox vacibdir”.

Deputat həmçinin qeyd edib ki, bundan sonrakı mərhələdə bölgələrimiz daha sürətlə inkişaf edəcəkdir: “Vətən müharibəsinin bitməsindən 8 ay keçməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərimizdə çox böyük, nəhəng, genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Cənab Prezidentin artıq bir neçə dəfə işğaldan azad olunmuş ərazilərimizə getməsi, burada yeni infrastruktur layihələrinin təməlinin qoyulması, Ağdamın baş planının təsdiq edilməsi və ona uyğun işlərin artıq sürətlə həyata keçirilməsi, dəmir yolu xətlərinin, avtomobil-nəqliyyat yollarının çəkilməsi, beynəlxalq havalimanının tikilməsi, cənab Prezidentin də elan etdiyi kimi “Yaşıl enerji zonası”na uyğun olaraq külək, su, günəş elektrik yarımstansiyaların qurulması, o cümlədən artıq Zəngilan rayonunda “Ağalı kənd pilot” layihəsinin başlanılması, digər infrastruktur və vacib olan layihələrin həyata keçirilməsi bir daha onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur, bərpa olunur, burada iqtisadi inkişamız çox sürətlə inkişaf edəcəkdir və digər ərazilərimiz də yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoyacaqdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə