Gürcüstan parlamentində jurnalistlərlə millət vəkilləri arasında DAVA - VİDEO

Gürcüstan parlamentində jurnalistlərlə millət vəkilləri arasında DAVA - VİDEO

Gürcüstan Parlamentinin binasına basqın edən jurnalistlərlə millət vəkilləri arasında dava düşüb. SİA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Kadrlarda siyasətçilərlə media nümayəndələri arasında dava görüntüləri qeydə alınıb. Tərəfləri bir-birindən ayırmaq üçün parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları binaya daxil olublar.

Bir müddət əvvəl media jurnalistlərin Gürcüstan parlamentinin binasına soxulduğu barədə xəbər yaymışdı. Qeyd edilir ki, etiraz aksiyası "Pirveli" telekanalının operatoru Lekso Lashkaravanın Tbilisidə LGBT azlığına qarşı keçirilən mitinqdə döyülməsindən və aldığı xəsarət səbəbindən evində dünyasını dəyişməsindən sonra başlayıb.

Qeyd edək ki, iyulun 5-də səhər saatlarında LGBT-nin əleyhdarları Tbilisi Pride ofisinə giriblər və göy qurşağı bayraqlarını çıxarıb atıblar. Hücum edənlər şəhərin mərkəzində də göyqurşağı simvolları olan insanları axtarıblar. Media nümayəndələri də hücuma məruz qalıb.

Tədbir iştirakçılarına və jurnalistlərə edilən hücumdan sonra LGBT icmasının təşkil etdiyi “Ləyaqət marşı” ləğv edilib. Tədbirin təşkilatçıları iştirakçıların təhlükəsizliyini riskə ata bilmədiklərini üçün bu addımı atmaq məcburiyyətində qaldıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə