"İnanıram ki, tezliklə müxtəlif ölkələrdən turistlərin Şuşaya səfəri başlayacaq" Pakistanlı diplomat

"İnanıram ki, tezliklə müxtəlif ölkələrdən turistlərin Şuşaya səfəri başlayacaq" Pakistanlı diplomat

Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi gözəldir, Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlərin Şuşaya səfəri başlayacaq.
SİA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee iyulun 9-da diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri zamanı deyib.
Səfir qeyd edib ki, Şuşada olduğu üçün özünü çox şanslı hiss edir: “Azərbaycana gəldikdən sonra bu şəhərin sizin üçün çox qiymətli olduğunu gördüm. Bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram. Bu şəhərin təbiəti, gözəlliyi valehedicidir".

Bütün xəbərlər Facebook səhifəmizdə