Ermənistanın "Vətəndaş şüuru" ictimai təşkilatının rəhbəri, politoloq Narek Samsonyan Nikol Paşinyanın qızı Şuşan Paşinyanın iddia qaldırdığı məhkəmə prosesində qalib gəlib. SİA xəbər verir ki, bu barədə antifake.am saytı məlumat yayıb.
“İrəvan şəhərinin birinci instansiyasının ümumi yurisdiksiyasının hakimi Zarui Naxşkaryan 18 iyun tarixində Şuşan Paşinyanın Narek Samsonyana qarşı iddiasını rədd edib.
Xatırladaq ki, Şuşan Paşinyan Narek Samsonyana qarşı sonuncunun məşhur "kürü" ilə bağlı Facebook-dakı postu ilə əlaqədar məhkəməyə müraciət etmişdi. Samsonyanın postunda qeyd olunduğuna görə Nikol Paşinyan İrəvandakı restoranların birindən qızı üçün hər ay 3000 dollar məbləğində qara kürü alır.
Şuşan Paşinyan, böhtan adlandırdığı məlumatları, öz Facebook postuna qoymasına görə üzr istəməsini, bunu təkzib etməsini və buna görə habelə şərəf və ləyaqətinə vurduğu ziyana görə 2 milyon dram təzminat ödəməsini Samsunyandan tələb etməsini məhkəmədən xahiş edib, iddia qaldırıb. Məhkəmə, iddiaçının şəxsiyyətini ləkələməsi kimi təqdim etdiyi ifadələrin əslində baş nazirin hökumət başçısı vəzifəsinə başladığı andan etibarən gəlirlərinin artması üçün bir şərt olduğunu söyləyib, eləcə də bütün bunların şəxsən azyaşlı Şuşan Paşinyana aid olmadığını bildirib. Həmçinin, cavabdehin Facebook səhifəsində 26 yanvar 2020-ci il tarixli qeydinin doğrudan da iddiaçıya ünvanlanmadığı və iddiaçının tənqid hədəfi olmadığı qeyd olunub”, deyə antifake.am yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB