Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə nazir tvitterdə paylaşım edib. "Dövlətimizin maraqlarının, xalqımızın milli varlığının qorunmasında, böyük Qələbəmizin siyasi əsaslarının təmin edilməsində Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən fədakar diplomatlarımızı peşə bayramı günü münasibətilə təbrik edirəm", - XİN rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB