"İlk növbədə tarixi ədalət bərpa edilir" - DEPUTAT AYDINLIQ GƏTİRDİ
“Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan ərazisinin iqtisadi rayonlarının yenidən təşkil edilməsi barəsində sərəncamının böyük əhəmiyyəti vardır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ilk növbədə tarixi ədalət bərpa edilir: “Vaxtilə Azərbaycan dövlət müstəqilliyini itirdikdən sonra onun tarixi ərazisində süni Ermənistan dövləti yaradıldı. Eyni zamanda həm Ermənistan ərazisində, həm də bu ərazidə bir çox tarixi Azərbaycan adları süni şəkildə qondarma adlarla əvəz edildi. Ermənistan ərazisində qədim Azərbaycan şəhəri İrəvan Yerəvana çevrildi, Göyçə gölünün adı dəyişdirildi, Zəngəzur adı isə yaddaşlardan silindi. Cənab Prezidentin ilk növbədə Şərqi Zəngəzur iqtisadi rayonunu yaratması, artıq Zəngəzurun qədim tarixinin olduğunu və eyni zamanda onun Ermənistan ərazisindəki hissəsi ilə bir vahidlik təşkil etdiyinin göstəricisidir”.
Aydın Mirzəzadə həmçinin qeyd edib ki, artıq əvvəlki sərəncamdakı Dağlıq Qarabağ anlayışı birdəfəlik götürülür: “Qarabağ heç bir zaman dağlıq və yaxud da aran olmayıb və hal-hazırda tarixən gələn Qarabağ adı iqtisadi rayon üçün bərqərar olur. Bununla yanaşı, Ermənistanla sərhəd olan rayonların Şərqi Zəngəzur rayonu adlandırılması onları vahid iqtisadi kompleks kimi götürməyə, oranın inkişafının özünəməxsusluğuna uyğun olaraq, aparılması nəzərdə tutulur. Düzdür, hal-hazırda Ermənistanın işğalçılıq siyasəti nəticəsində həmin ərazilər minalanmışdır və infrastruktur dağılmışdır. Bütün bu problemlər həll edildikdən sonra, infrastruktur qurulduqdan sonra həm dövlət, həm də özəl sektor vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafı diqqəti cəlb edəcəkdir. Hesab edirəm ki, cənab Prezidentin dünənki sərəncamı hər mənada tarixidir. Tarixi ədaləti bərpa edir. Azərbaycanın inkişafının o cümlədən iqtisadi cəhətdən önə çəkilməsi Azərbaycanın bir dövlət kimi güclənməsinə, öz hüquqlarımızın birdəfəlik sahib olmağımıza və dünyaya Azərbaycanınb heç bir zaman öz suverenliyini kiməsə güzəştə getməyəcəyinə böyük bir mesajdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB