Və ya Dəmir Yumruq bu dəfə anti-terror miqyasında düşmənin başını əzəcək!
Ötən gün erməni teleqram kanallarının birində erməni qulduru əlində silah və hərbi geyimlə öz fotosunu paylaşıb. SİA xəbər verir ki, bu barədə “Karabaxskiy vestnik” Azərbaycan teleqram kanalı yazır.
Bildirilir ki, erməni quldurunun fotosu Ağdamın inzibati sərhədlərində çəkilib və bu fakt müvafiq qaydada araşdırılmalıdır. Bu, həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsini nəinki yerinə yetirmir, eləcə də təxribatçı əməllərə yol verir. Belə ki, həmin müddəaya görə, Rusiya sülhməramlılarının cavabdeh olduqları Azərbaycan ərazilərində erməni silahılıları olmamalıdırlar. Yəni əlində silah olan bir nəfər erməni belə o ərazilərdə görünməməlidir.

Fotoda: erməni silahlı qulduru RF sülhməramlılarının nəzarət etdiyi bölgədə
Lakin fotodan, eləcə də son olaylardan, xüsusilə Azərbaycanlı hərbi qulluqçunun Ağdamda güllə yarası almasından, bərpa işləri aparan tikinti texnikasının isə gülləboran edilməsindən sonra bir daha məlum olur ki, Rusiya sülhməramlılarının nəzarətləri altında olan Azərbaycan ərazilərində boşluqlar mövcuddur və onların dərhal aradan qaldırılması üçün önləyici tədbilər görülməlidir. Əks halda, Azərbaycanın öz ərazilərində qalmış, ya da gizli yollarla ərazilərimizə daxil olmuş erməni quldur-terrorçu dəstələrinə qarşı anti-terror əməliyyatları keçirmək hüququ var.
Mülki şəxsdən silahlı quldura çevrilmək - RF sülhməramlıları pasport-buraxılış məntəqələrində ciddi nöqsanlara yol verirlər
Hələ ötən ilin yekunlarpına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı cənab İlham Əliyev vurğulamışdı ki, qış ayları olduğu üçün Rusiya sülhməramlılarının humanitar fəaliyyətlərinin bir qisminə göz yumulur.
SİTAT: "Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".

Artıq qış ayları geridə qalıb və müxtəlif aldadıcı məqsədlərlə Laçın dəhlizindən Qarabağ regionuna daxil olan ermənilərin mülki şəxsdən silahlı quldura çevrilmələri də çətinlik yaratmır. Bu, həm də onu göstərir ki, RF sülhməramlıları pasport-buraxılış məntəqələrində ciddi nöqsanlara yol verirlər və onun da nəticəsi məlum səbəblərlə müşahidə olunmaqdadır. Halbuki, onların ərazilərimizdə yerləşdirilməsinə də məhz rəsmi Bakı icazə verib. Habelə, sülhməramlıların ərazilərimizdə qalma müddətlərinin artılıb-azaldılması barədə də veriləcək qərar məhz Azərbaycan tərəfindədir.
Müzəffər Ali Baş Komandan: “Bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”
Qeyd edək ki, üçtərəfli bəyanatın imzalanmasından sonra erməni silahlıları bir neçə dəfə təxribatçı əməllərə yol verməklə yanaşı, Azərbaycan vətəndaşlarına və hərbçilərinə qarşı atəş açıblar. Sonradan ələ keçirilən erməni silahlıları Azərbaycanın qanunları əsasında hüquqi cəzalarını alıblar. Məhz bu baxımdan, qənaətə gəlmək olar ki, əgər erməni tərəfi öz çirkin və mənfur əməllərini davam etdirmək qərarından geri dönməyəcəklərsə, bu dəfə daha ağır və sarsıdıcı məhvedilmə prosedurundan yaxalarını qurtara bilməyəcəklər. Azərbaycanın isə buna hərtərəfli hüququ və eyni zamanda gücü var.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, erməni tərəfi kirli niyyətlərindən birdəfəlik əl çəkməlidir. Onlar ağıllarını başlarına toplaya bilməsələr, Dəmir Yumruq siyasəti yenidən və daha sərt şəkildə düşmən xislətliləri məhv edəcək.
Ölkə başçımız bu ilin parel ayının 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı bir daha xəbərdarlığını bəyan etmişdi: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”

Göründüyü kimi, buna kimsənin şübhəsi yoxdur və əgər düşmən xislətlilər öz bəd əməllərini davam etdirmək inadlarından ələ çəkə bilməyəcəklərsə, bundan sonrakı günahlarını, ah-vaylarını da əvvəllər olduğu kimi özlərində axtarmalı olacaqlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB