İsrailin ümumi təhlükəsizlik xidməti (ŞABAK) prezident Reuven Rivlinin anonim qaydada ölkə üzrə səyahəti zamanı parikdə olan qrimlənmiş fotoşəklini ictimailəşdirib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, informasiyanı İsrail XİN-nin mətbuat xidməti sə təsdiq edib. Belə ki, fotodakı 81 yaşlı və ağsaçlı Rivlin qara saçlar və saqqal ilə dəyişdirilib.

Onu mülki geyimlərdə bir neçə şəxs müşayiət edir və üzləri görünmür.
Yerli KİV-lər isə xəbər verirlər ki, prezident belə vəziyyətdə anonimliyini qorumaqla gəzmək imkanı əldə edib.
Bu məlumatlar Rivlinin prezidentılik postundakı fəaliyyətinin son vaxtlarında dərc edilib.
Xatırladaq ki, artıq İsrailin yeni prezidenti ölkənin altıncı prezidenti Haim Hersoqun oğlu, “Yəhudi agentliyi”nin sədri İshaq Hersoq seçilib. O, ölkəsinin 11-ci prezidenti kimi tarixə düşəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB