Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Rusiya Krımın işğalını başa çatdırıb (1793)

- İtaliyanın milli qəhrəmanı Cüzeppe Haribaldi vəfat edib (1882)

- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə 16 neftçi Qırmızı əmək bayrağı ordeni ilə təltif olunub (1925)

- Türkiyənin Cinayət Məcəlləsinə ərəbcə azanı qadağan edən maddə əlavə edilib (1941)

- İtaliyada respublika üsul-idarəsi bərqərar olub (1946)

- İngilis kraliçası II Yelizavetanın tacqoyma mərasimi keçirilib (1953)

- SSRİ və Yuqoslaviya 1948-ci ildə kəsilmiş diplomatik əlaqələri bərpa edib (1955)

- Baykonur kosmodromunun əsası qoyulub (1955)

- Türk realist ədəbiyyatının görkəmli nümayəndəsi Orxan Kamal vəfat edib. Yazıçının bir çox əsəri səhnələşdirilib (1970)

- Sabit Rəhman adına Şəki Dövlət Dram teatrı açılıb (1976)

- II İohan Pavel Polşaya səfər edib. Bununla da o, tarixə kommunist rejimli ölkəyə səfər edən ilk papa kimi düşüb (1979)

Bütün xəbərlər Facebook səhifəmizdə