Şuşa həbxsanasından görüntülər yayılıb

Şuşa həbxsanasından görüntülər yayılıb

"Bu gün Şuşa həbsxanasının videogörüntüləri yayılıb". SİA-nın verdiyi məlumata görə, deputat Aydın Mirzəzadə bu sözləri "facebook" hesabında paylaşıb.

O, sözlərinə davam edərək, həmçinin qeyd edib ki, həbsxana çar dövündən fəaliyyət göstərir: "Amma hesab edirəm ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır. Düzdür, həyat varsa təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxanaını yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa isə özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə