"Azərbaycan tərəfi qalib ölkə kimi şərtləri müəyyənləşdirir" - POLİTOLOQ AÇIQLADI
“Füzuli və Zəngilan rayonları ilə bağlı əldə olunan mina xəritələri təbii ki, Azərbaycan Prezidentinin yeni bir siyasi uğurudur. Çünki cənab Prezident bütün görüşlərində istər ölkədaxili media mənsubları ilə, istərsə beynəlxalq səviyyədə media mənsubları ilə, istərsə də, beynəlxalq səviyyədəki siyasətçilərlə görüşdə bu məsələlərə toxunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, bu gün gündəmdə olan məsələlərdən biri də məhz minalanmış ərazilərin xəritələrinin əldə olunmasıdır: “Təbii ki, Ağdamda 97 min minalanmış ərazilərin xəritəsi əldə olunandan sonra daha iki rayonda Füzuli və Zəngilanın minalanmış ərazilərin xəritələrinin əldə olunması ANAMA-nın işini bir qədər yüngülləşdirəcəkdir”.
Politoloq həmçinin qeyd edib ki, bu Azərbaycan-Ermənistan münasibətlərinin nisbətən istiləşməsinə xidmət edir: “Çünki Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlamalıdır. Sülh müqaviləsinə gedən bir yolda bu ən böyük maneələrdən biri idi. Bu dəfə xəritələr təqdim olunarkən əvəzində ermənilərin hərbi əsir adlandırdığı terrorçulardan söhbət getmədi. Bu cənab Prezidentin ikinci böyük uğurudur. Yəni artıq Azərbaycan tərəfi qalib ölkə kimi şərtləri müəyyənləşdirir. Bundan Ermənistan da razılaşmaq məcburiyyətindədir. İnanıram ki, bundan sonra Kəlbəcərin, Laçının minalanmış ərazilərin xəritələrini yaxın bir zamanda təqdim edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB