"Seçkilər bir məsələsini belə həll etmədi" ERMƏNİSTANIN CƏHƏNNƏM DÖVRÜ BAŞLAYIR
Parlament seçkiləri bu vəziyyətdən çıxış yolu deyil, Ermənistan üçün daha bir cəhənnəm dövrü başlayır. SİA xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bu gün jurnalistlərlə görüşü zamanı söyləyib.
“Dünyanın bu seçkilərə ehtiyacı var idi, Ermənistan Respublikasına yox. Məqsədlər də fərqli olub və Ermənistan Respublikasının daha da regional inkişaf üçün qurduğu iltihablı ocağı təsirsiz hala gətirmək idi”, deyə Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, seçki nəticələri Ermənistanın təkcə bir geopolitik bazarlıq çipinə çevrildiyi gerçəkliyini legitimləşdirir deyə düşünənlər yanılırlar.
"Bu seçkilər Ermənistan Respublikasının suverenliyinin möhkəmləndirilməsi və daha sabit siyasi gələcəyi ilə əlaqəli bir məsələni belə həll etmədi", deyə partiya sədrinin müavini əlavə edib və fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistanda 20 iyun tarixində növbədənkənar parlement seçkiləri keçirilib və bu seçkilərdə də Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya səs çoxluğu qazanıb. Bununla razılaşmayan qüvvələr bu seçkinin keçirilməsinin və onun nəticələrinin Ermənistan üçün fəlakətli olduğu qənaətindədirlər. Belə bir fikirdə və qənaətdə olan həmin o qüvvələr mütəmadi olaraq seçki və hakimiyyət əleyhinə bəyənatlar verməkdən, fikirlər söyləməkdən, hətta hakimiyyəti təhqir etməkdən belə çəkinmirlər. Hər bir halda həmin qüvvələr Ermənistanın gələcəyinin olmadığını düşünür, bu işğalçı ölkənin yeni bir cəhənnəm dövrünə qədəm qoyduğunu zənn edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB