“Parlament tribunasının ələ keçirilməsi tələb olunsa, ələ keçiriləcək” “ERMƏNİSTAN” BLOKU HAKİMİYYƏTİ HƏDƏLƏDİ
Xalqın səsini oğurlayan qüvvənin hakimiyyətdən istifadə edə biləcəyi maksimum dövr il yarımdır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, "Ermənistan" blokunun nümayəndəsi, "Alterative" QHT-nin rəhbəri Narek Mantaşyan bunu news.am müxbirinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, səlahiyyətlilər daha böyük xəyal qırıqlığı ilə qarşılaşacaq və törədilmiş əməllərə görə cavab verə bilməyəcəklər. O, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın seçkilərin maksimum il yarım müddətində təkrar keçiriləcəyini və proseslərin bundan daha əvvəl meydana çıxacağını söylədiyini xatırladıb.
Narek Mantaşyan, seçki ərəfəsində və seçki günü, vərəqələr dağıldığı zaman “Ermənistan” blokuna qarşı aparılan “qara piar”-ın hamısının zəncirin eyni halqaları olduğuna inandığını bildirib.
“Köçəryana qarşı bu cür informasiya müharibəsi metodları çoxdan istifadə edilib. Səlahiyyətlilər bunun üçün bütün təsir güclərindən istifadə ediblər və edirlər. Onları orataya atan və bu gün arxalarında dayanan qüvvələrin mediası vasitəsi ilə, təbliğat fəndlərinin köməyi ilə bizi aşağılamaq üçün hər şeyi etdilər və edirlər. Cəmiyyətin nəhayət bunların sadəcə texnologiyalar olduğunu başa düşəcəyinə ümid var. Xalqa təqdim olunan heç bir şey doğru deyil. Üç il ərzində, yəni qüvvəmiz fəaliyyətə başladığından bəri sıfır vəziyyətdən bu günə qədər 270.000 səsimiz var. Bu, ciddi bir nəticədir, lakin yetərli deyil. Bizə səs verən seçicilərin maraqlarını, parlament kürsüsündən qorumaqla, həqiqəti, hökumətyönlü medianın köməyi ilə gizlədilən həqiqəti daha çox insana çatdıra biləcəyik”, deyə QHT rəhbəri bildirib.
Onun təbirincə desək, "Ermənistan" blokunun nümayəndələri hər bir konkret vəziyyətə mütənasib qiymət verəcəklər.
“Vəziyyət parlamentin tribunasını ələ keçirmə ehtiyacını tələb edirsə, tribunanın ələ keçiriləcəyinə də əmin ola bilərsiniz. "Ermənistan" blokunun bütün hərəkətləri tarazlaşdırılmış olacaq. Xalq görəcək ki, müxalifət necə olmalıdır. Seçki pozuntuları həqiqətən misilsizdir, yüz minlərlə pozuntu qeydə alınıb. Və bunlar yalnız qeydə alınan hadisələrdir. Əminik ki, onlar seçki nəticələrinə təsir ediblər. Səlahiyyətlilər tərəfindən yaradılan Konstitusiya Məhkəməsi onların əlavəsinə çevriləcək. Bu anda heç bir şeyi proqnozlaşdırmaq istəmirəm. Qanuni proseslərin bitməsini gözləməliyik”, deyə Narek Mantaşyan əlavə edib.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda Milli Məclisə erkən seçkilər keçirilib. Seçinin nəticələrinə görə, Mülki Müqavilə", "Ermənistan" bloku və "Mənim şərəfim var" bloku olmaqla, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq. Seçkilərdən sonra “Ermənistan” bloku və “Mənim şərəfim var” bloku növbədənkənar parlament seçkilərinin nəticələrini tanımadıqlarını və pozuntular səbəbindən Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını elan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB