Suyun “zəhərli” olması ilə bağlı HƏYƏCAN SİQNALI

Suyun “zəhərli” olması ilə bağlı HƏYƏCAN SİQNALI

İrəvan sakinləri paytaxtda içməli suyun keyfiyyətinin pisləşdiyini deyirlər, hətta bəziləri suyun zəhərli olduğuna inanırlar, buna əmindirlər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yaymlanan məlumatlara istinadən xəbər verir ki, aysor.am saytı mənbəsinə əsaslanaraq, bir çox uşaq baxçalarında suyun çirkli, hətta zəhərli olması səbəbilə tərbiyəçilərin valideynlərdən uşağları evlərə aparılmasını xahiş etdiyini yazır və valideynlərin Facebook səhifələrində paylaşımları da bunu təsdiq edir.

Məlumatda qeyd olunur ki, valideynin sözlərinə görə, qrupdakı uşaqlar bir neçə gündür baş ağrısı, ishal və atəşdən şikayətlənirlər. Sakinlərin bu gün səhər saatlarında su kranından palçıqlı və ya paslı suyun axdığına dair şikayətləri barədə də bildirilir. Su təchizatı sisteminin operatoru - "Veolia Jur" şirkəti ilə əlaqə saxlanılıb və problem bildirilib.

“Təhlükəsizlik məqsədi ilə inzibati ərazi dairəsi rəhbərinin əmri ilə bölgədəki uşaq bağçalarının işi dayandırılıb. Su bulanıqlığının səbəbini və aradan qaldırılmasının nəticələrini aydınlaşdırmaq üçün su təchizatı operatoru ilə iş aparılır. Vəziyyət nəzarət altındadır”, deyə şirkət tərəfindən cavab verilib.

İcma rəhbərliyi bu vəziyyətə görə cavab verilənə, problem həll olunana qədər sakinlərə içməli sudan istifadə etməmələrini təklif edib. Ermənistan Səhiyyə nazirinin mətbuat katibi Ripsime Xaçatryan gələn siqnalların yoxlanılması üçün yerində iş aparıldığını qeyd edib.

"Təsdiq və ya inkar halında nazirlik bir açıqlama verəcək", deyə mətbuat katibi bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə