"Bu isti havalarda heç kim onların aksiyalarına qoşulmayacaq” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

"Bu isti havalarda heç kim onların aksiyalarına qoşulmayacaq” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Aksiyalar keçirmək müxalifətin həmişəki peşəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, insanlar mitinqlər, küçə yürüşləri keçirə bilərlər. Yəni, aksiyaları keçirmək hər kəsin haqqıdır, o cümlədən də müxalifətin”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

T.Qənioğlu bildirib ki, aksiyaların keçirilməsi üçün arqument olmalıdır və nə vaxt, nə nəyə görə keçirildiyi əsaslandırılmalıdır: “AXCP-də, Müsavatda, “Milli Şura”da təmsil olunan şəxslər ilin 11 ay 29 gününü aksiyalar keçirmək istəyindədirlər. Nə olur-olsun aksiyalar keçirib bir müddət gündəmdə qalmağa ümid bəsləyirlər”.

O qeyd edib ki, müxalifətin bu dəfə aksiyalar keçirmək istəyi qazın və işığın qiymətinin qalxması ilə bağlıdır: “İstəyirlər ki, yeni hay-küy qaldırsınlar. Yəni qiymət artımı heç kəsin xoşuna gəlmir, amma müxalifətin budan şou yaratmağa çalışması düzgün deyil. Ümumiyyətlə, hər zaman adları çəkilən qüvvələr nə isə olan kimi bunu şişirdib, öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma əminəm ki, bu isti havalarda heç kəs çölə çıxaraq onların aksiyalarına qoşulmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə