Sürücülər etiraz aksiyası keçirirlər KÜÇƏNİ BAĞLAMAQLA HƏDƏLƏYİRLƏR
Sürücülər iyunun 30-da Ermənistan Dövlət Gəlir Komitəsinin binası yaxınlığında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Sürücüləri Qoruma Liqasının rəhbəri Tiqran Ovannisyanın jurnalistlərə verdiyi müsahibədə qeyd etdiyi kimi, üç ay əvvəl 100-ə yaxın özəl yük daşıyıcısı Dövlət Gəlir Komitəsi sədrinə müraciət edib.
“Biz erməni yük daşıyıcılarına Mehri gömrüyündə İran yüklərini erməni yük maşınlarında çatdırıb İrəvana gətirmək mümkün olan bir yer vermələrini xahiş etdik.
Bəyanatın altına da yazdıq ki, öz oliqarxlarınızı buna cəlb etməməyinizi xahiş edirik”, deyə Ovannisyan bildirib.
Onun sözlərinə görə, yük daşıyıcıları belə bir ərazini öz hesabına inşa edə bilər, yalnız kabinetdən zəmanət olsa.
“Ancaq bəzi oliqarxlara bir müraciət olduğunu eşitdik, məsələn, Xaçatur Sukiasyanın adını çəkmək istəyirəm”, deyən Ovannisyan, Dövlət Gəlir Komitəsinin hələ də onlara cavab vermədiyini söyləyib.
Ovannisyan avtomobil idxalçılarının probleminə də toxunub.
“Hüquqi şəxs olaraq 50 min avtomobil idxal ediblər və 10 milyard dram ödəyiblər. Bütün maşınlar ixrac olunur. Yəni əmlak vergisi bizdə qalır və əlavə dəyər vergisi geri qaytarılmır. 300 milyon dram həcmində biznesə olan borcları bağladıqlarını deyəndə, kimi nəzərdə tuturlar, iri iş adamları, oliqarxları?”, deyə Sürücüləri Qoruma Liqasının rəhbəri sual edib.
O, düzgün olduqlarından əmin olduğunu söyləyib.
"Buraya xəbərdarlıq etmək üçün gəldik və əgər bizə cavab verməsələr, onda 15 gündən sonra yenidən bu küçədə olacağıq və bu küçəni ya bağlayacağıq, ya da Nazirlər Kabineti binasının yaxınlığında yük maşınları ilə toplanacağıq", dedi Ovannisyan fikirlərini yekunlaşdırıb və şərt qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB