Ermənistanda ciddi quraqlıq problemi BİTKİLƏR MƏHV OLMA HƏDDİNDƏDİR
Kotayk bölgəsindəki quraqlıq səbəbindən yaz əkini, taxıl, dənli bitgilər və yem bitkiləri məhv olma həddindədir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə erməni kəndlilər news.am saytına bildiriblər.
Onların sözlərinə görə, bir çox ərazilərdə ay yarımdır yağış yağmır, nəticədə torpaqda susuzluq səbəbindən çatlar əmələ gəlib və bitkilər quruyur. Kəndlilərin dedikləri kimi, onlar kənd təsərrüfatı üçün milyonlarla dram kredit götürdülər və indi ciddi problemlə üzləşiblər. Onlar qeyd ediblər ki, nəinki kredit faizlərini, quraqlıq şəraitində əsas məbləği belə ödəyə bilməyəcəklər. Erməni kəndlilər ümid edir ki, Nazirlər Kabineti bu problemlə məşğul olacaq və kreditlərin qaytarılması ən azı bir müddət təxirə salınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB