Hakimiyyət vətəndaşları həbs etmə əsaslarını dəyişdirə bilər ERMƏNİ MÜXALİFƏTİ QORXU İÇİNDƏ
Cinayət Prosessual Məcəlləsinə müvafiq dəyişikliklər, qanun layihəsinin müəllifi Nikolay Baqdasaryan tərəfindən parlamentə təqdim edilib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələri yazır, məlumat yayırlar.
"Mənim addımım" hakim blokun millət vəkilləri, vətəndaşları həbs etmək hüququ verən əsaslar siyahısında dəyişiklik təklif edib.
“Mövcud məcəllənin hərfi təfsirinə görə, əgər cinayət törətmiş şəxs qaçmadısa, o zaman onun saxlanıla, tutula bilməyəcəyi düşünülür. Məsələn, bir adam qətl edib və cinayət yerində tapılıbsa, Cinayət Prosessual Qanununa görə, o, saxlanıla, tutula bilməz”, deyə ”Mənim addımım” blokundan olan deputat, layihənin müəllifi Nikolay Baqdasaryan bildirib.
“Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Arman Abovyan isə hakimiyyətdəki bu dəyişikliklərin repressiv fəaliyyət mexanizmi kimi istifadə oluna biləcəyini söyləyib. Parlamentin dövlət və hüquq məsələləri komissiyasının rəhbəri Vladimir Vardanyan da öz növbəsində qeyd edib ki, qanun layihəsi məhkəmənin bu məsələdəki səlahiyyətlərini heç bir şəkildə genişləndirmir. Onun sözlərinə görə, layihə yalnız əsasları aydınlaşdırır, tutulmanın qanuni hesab ediləcəyi halları müəyyənləşdirir və indi hakimlər hansı meyarlara əsaslanacaqlarını bilmirlər.
Onun fikrincə, qanuna dəyişikliklər vahid bir təcrübənin formalaşmasına səbəb olacaq.
Xatırladaq ki, dəyişikliklər maksimum həbs müddətinin 72 saatdan 36 saata endirilməsini nəzərdə tutur. Layihə parlamentdə ikinci oxunuşda da müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB