Aleksandr Perenciyev: “Bu, sayıqlama deyil, debilliyin göstəricisidir” ŞƏRH

Aleksandr Perenciyev: “Bu, sayıqlama deyil, debilliyin göstəricisidir” ŞƏRH

Moskvada Ermənistan-Rusiya dövlətlərarası komissiyanın iclası start götürüb. Orada Rusiya hərbi bazasının yerləşdirilməsi məqsədi ilə erməni torpaqlarının təhvil verilməsi və istifadəsi ətrafında söhbətlər aparılır.

Ermənistan KİV-ləri hazırkı müzakirələrin Sünik vilayətində (Zəngəzurda) Rusiyaya məxsus 102-ci hərbi bazasının yerləşdirilməsinin vacibliyi ətrafında cərəyan etdiyini yazırlar. Qeyd edək ki, məhz Zəngəzur dəhlizi də bu istiqamətdən keçəcək ki, oranın təhlükəsizlik mexanizmini rus hərbçiləri təmin edəcəklər.

Bundan öncə isə, daha dəqiq desək, bu ilin əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan rus hərbi birləşmələrinin Ermənistandakı mövcudluqlarının genişləndirilməsi barədə danışırdı.

Artıq o da bəllidir ki, Rusiyanın sərhəd qoşunları sərhəddə dayanacaqlar və bunun ardınca sərhədlərin delimitasiya-demorkasiya prosesinə başlanılacaq. Ermənilər etiraf edirlər ki, onların bu yerlərdə sərhədçi yerləşdirmələrinə gücləri yetmir.

SİA xəbər verir ki, mövzu ilə bağlı Plexanov adına Rusiya iqtisad universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” şurasının ekspert üzvü Aleksandr Perenciyev caliber.az analitik informasiya mərkəzinə müsahibə verib.

Söhbət yalnız bir konkret dəhlizdən getmir

Onun sözlərinə görə, hazırda hər şey atalar sözündə olduğu kimi baş verir – “İt hürür, karvan isə keçir”: “Müxtəlif destruktiv güclərin müqavimətlərinə baxmayaraq, Naxçıvana olan dəhliz qaçınılmazdır və bu da Cənubi Qafqazın bütün ölkələri üçün, o cümlədən Türkiyəyə, İrana və əlbəttə ki, Rusiyanın özü üçün maraqlıdır”.

“Söhbət yalnız bir konkret dəhlizdən getmir. Rusiya, Azərbaycan və İranın iştirak etdiyi “Şimal-Cənub” layihəsi inkişaf edir. Digər nəqliyyat kommunikasiyalarının yaranması isə “Şimal-Cənub”u yalnız möhkəmləndirə və effektliyini artıra bilər”, Aleksandr Perenciyev vurğulayıb.

Zəngəzurda Rusiya hərbçilərinə verilən torpaqlara gəlincə, Rusiya politoloqu bildirib ki, burada söhbət həmin torpaqların əbədi olaraq verilməsindən getmir, söhbət uzunmüddətli arendadan gedir: “Rusiya bu ərazilərdə “xozeyin” hüququna malik olmalıdır ki, Ermənistandan nə isə istəməsin. Bu, fəaliyyət koordinasiyalarına müsbət təsirlərini göstərə və mövcud dəhlizin işində təminat rolunu oynaya bilər və heç bir “torpaq işğalı” baş verməyəcək. Rusiya bütün tərəflərin – həm Azərbaycanın, həm Türkiyənin, həm Ermənistanın, həm də digər dövlətlərin maraqlarından, necə deyərlər, tənzimləyici kimi çıxış edəcək. Ümidvaram ki, dəhlizin istifadəsi üçün yeni razılaşmalar imzalanacaq”.

Bu, sanki “Gebbelssayağı təbliğatdır”

Perenciyev qeyd edib ki, proses davam edir və yaxşılıq istəməyənlərin bəd dillərindən, neqativdən, “qara fondan” uzaq durmaq lazımdır. Nəzərə almaq lazımdır ki, regionun bütün ölkələri kompromislərə və kommunikasiyaların açılmasına doğru gedirlər ki, bu da iqtisadi inkişaf və məhsuldarlıq gətirsin.

Politoloq revanşist erməni siyasətçisi, Ermənistanın Milli demokratik qütbünün nümayəndəsi Ara Papyanın irəli sürdüyü iddiasına da münasibətini açıqlayıb. Erməni revanşistin iddiasına görə, ötən ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsində Ermənistana qarşı Rusiya da döyüşüb.

“Bu, heç sayıqlama da deyil, bu, debilliyin göstəricisidir. Ancaq belə bəyanatı ona hesablayıram ki, onun məqsədi ictimai rəyə təsir etməkdən ibarətdir”, deyən Prenciyev fikrini belə izah edib ki, bu kimi məsələlərin arxasında Qərb dayanır. Ara Papyan isə Kanada vətəndaşığına sahibdir: “Bu, sanki “Gebbelssayağı təbliğatdır” – yalan nə qədər vahiməlidirsə, ona inanmaq da bir o qədər asandır. İrəvanda bəziləri insanmaq istəyirlər ki, Ermənistan yalnız Azərbaycanla döyüşməyib, həm də başqaları ilə, misal üçün Rusiya ilə də döyüşüb, bu səbəbdən də onlar məğlub olublar. Və ən əsası, Ermənistanda Rusiyaya yönəlik bənzər bəyanatlar nədənsə ekstremist və təxribatçı kimi qiymətləndirilmir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə