Səxavət Soltanlı başqanı Arif Hacılının yaxasından yapışsın ki... TƏRS BAXIŞ+FOTOFAKT

Səxavət Soltanlı başqanı Arif Hacılının yaxasından yapışsın ki... TƏRS BAXIŞ+FOTOFAKT

Yaxud, müsavatçılar belə ifşa olundular!

Radikal müxalifətin yersiz səs-küyləri və əsassız ittihamları sanki bir ənənəyə çevrilib. Məsələ həm də ondadır ki, haray-həşirləri vasitəsi ilə gündəmdə qalan bu adamlar hətta buraxdıqları ciddi səhvlərindən sonra belə adi insani keyfiyyətə malik olan davranış nümayiş etdirməyərək, “belə də olmalıdır” tipli sərsəm “prinsipləri” üzərində var-gəl edirlər. Necə deyərlər, belələri üçün “əsas” budur ki, haradan gəldi, necə gəldi hakimiyyətə, iqtidara qarşı qarayaxma kampaniyaları aparıb, ictimai rəyi həmin düşük kampaniyaları ilə çaçdırmağa müvəffəq olsunlar.

Səxavət Soltanlı özünü “Femida” kimi aparmağa cəhd etsə də...

Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra belə, utanıb-yerə girmələri yerinə çatana-çatıb, çatmayanın da arxasınca daş atan siyasətbazlar dəstələri əvvəlcə öz üzərlərində olan kir-pasaqları, küdurətləri, xainlik əlamətlərini slib-atmalıdırlar, sonra sosial şəbəkələrə çıxaraq söz demək imkanlarına malik olmalıdırlar.

SİA-ya daxil olan məlumata görə, Müsavat partiyasının sdər müavini Səxavət Soltanlı guya ki, “haqq-ədalət” carçısı roluna girib, özünü “Femida” kimi göstərməyə çalşıb, amma nəticədə rüsvay olub. Əlbəttə ki, rüsvay olmaq bunlar üçün 2x2-dir və qətiyyətn veclərinə də deyil. Amma elə məsələlər də var ki, onların üzərindən keçmək olmaz!

Beləliklə, YAP-ın gənc fəalı Anar Şahmuradov Müsavat patiyasının sədr müavini Səxavət Soltanlıya ədalətli olmaq dərsi keçib. O, partiyanın Gəncər Birliyinə məxsus səhifəsində yazıb.

YAP-ın fəalı: “Düz 6 saat sonra Səxavət Soltanlı xəbər tutur ki, heç demə müsavatçı Fərəc Kərimli “Vətən Uğrunda” medalı ilə təltif edilibmiş”

SİTAT: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsində iştirak etmiş hər bir hərbi qulluqçunun təltif edilməsi haqqında Sərəncamlar imzalayıb. İmzalanmış Sərəncamlar 76 mindən çox hərbiçini əhatə edib. Sərəncamlar imzalanarkən təbii ki, hərbi əməliyyatlar dövründə göstərilən xidmətlər əsas götürülüb. Burada heç bir etnik, dini, siyasi ayrı-seçkilikdən əsla söhbət gedə bilməz! Ancaq bu dəfə də özünü müxalifət adlandıran radikal düşərgə nümayəndələri öz siyasi məkrlərindən qala bilməyiblər.

Belə ki, Müsavat partiyasının sədr müavini olan Səxavət Soltanlı heç bir dəqiqləşdirmə etmədən status paylaşır ki, müsavatçı Fərəc Kərimliyə medal verilməyib və həmin statusda bayağı bir tərzdə öz aləmində kinayəli fikirlər səsləndirir. Düz 6 saat sonra Səxavət Soltanlı xəbər tutur ki, heç demə müsavatçı Fərəc Kərimli “Vətən Uğrunda” medalı ilə təltif edilibmiş. Əvvəlki statusunda etdiyi yanlışlığa görə heç bir üzrxahlıq etmədən, üzrxahlıq bir kənara, yalan və kin dolu statusunu silməyərək növbəti təbrik statusunu yazıb.

Adamlar özlərini peşəkar siyasətçi hesab edirlər, fikir-xəyalları xalq, ölkəyə rəhbərlik edə bilməkdir. Amma bu cür hərəkətləri gördükdə isə deyirsən ki, axı hansı ağılla, hansı yanaşma tərzi ilə? Vallah biabırçılıqdır! Allah eləməmiş siz bir anlıq bunları bu “ağılla” hakimiyyətdə düşünün. Təsəvvür edin, istənilən ölkəylə bir anın içində düşmən düşüb vəziyyəti müharibə həddinə çatdırar, sonra da geri çəkilib fəlakətlərə yol açarlar. Necə ki, 1992-1993-cü illərdə bu cür səriştəsizlikləri, yarıtmazlıqları səbəbindən ölkəyə olmazın problemlər yaratmışdılar...”

Arif Haclı partiya başqanı olara xalqın səsinə səs vermədi, birgə bəyanata imza atmadı, əcəba nəyə görə?!

Nə deyəsən? Həqiqət elə həqiqətdir və hər şey də göz önündədir. Bu müharibədə xalq bir araya gəldi, xalq heç bir siyasi ambisiyalara uymayaraq Vətənin müdafiəsinə qalxdı və Sərkərdəsi, Ali Baş Komandanı ətrafında sıx birləşməklə müzəffər qələbəsini qazandı.

İndi isə - DİQQƏT EDİN (!) bütün siyasi partiyaların Vətən müharibəsi dövründə imzaladıqları birgə bəyanatına imza atmayan müsavatçılar düşüblər ortaya və saxtakarlıqlar edərək, “medal davası” döyürlər, həmin medal davası ki, artıq həmin mükafata layiq olan minlərlə oğullarımız ona layiq görülüblər, heç bir siyasi mənsubiyyətinə fərq qoyulmadan.

Qaldı ki, Səxavət Soltanlının aşçıq-aşlar siyasi həyasızlığına, o daha yaxşı olardı ki, gedib başqanı Arif Hacılının yaxasından yapışıb, nəyə görə xalqın, siyasi partiyaların birlik, dəstək bəyanatına dəstək göstərməməsinin, imza atmamasının hesabını soruşsun!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə