Azərbaycan Prezidenti Ermənistana qurtuluş yolunu göstərdi TƏHLİL

Azərbaycan Prezidenti Ermənistana qurtuluş yolunu göstərdi TƏHLİL

İyunun 26-da “Gülüstan” sarayında Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Ali Baş Komandanımız, Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı dünyaya növbəti mesajlarını ünvanladı. Bu mesajlar həm də Ermənistana və onun xalqına ünvanlanmışdı. Eyni zamanda Azərbaycana qarşı bədxahlara ismarıclardan ibarət idi. Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günündə ordumuzun keçdiyi şərəfli inkişaf yolu və 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimiz və onun səbəbləri üzərində məxsusi dayanmaqla yanaşı, müharibə zamanı ordusu darmadağın edilən Ermənistanı və onun xalqını bir daha öz başına gələnlərdən ibrət dərsi götürməyə çağırdı.

Ermənistan “Düz yola gəlin!” mesajına əməl etməməyin nəticəsi...

Prezidenti İlham Əliyev bütün çıxışlarında dəfələrlə “düz yola gəlin” mesajını deyib, ancaq əməl etməməyin acısı 2016-cı il Aprel döyüşləri işğalçı ölkəyə dərs olmadı. İyunun 26-da “Gülüstan” sarayında Ordu Günü ilə bağlı Ali Baş Komandanımız, Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı bir daha Aprel döyüşlərinə toxunaraq bildirdi ki, bu döyüşlər Ermənistana dərs olmadı: "Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar".

Göründüyü kimi, ermənilərin özləri də bunu gözəl bilir ki, vaxtilə Azərbaycan Prezidentinin “düz yola gəlin” mesajına əməl etməməyin acısı belə olmalı idi – məğlubiyyət! İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bu, ədalətin, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar... Müharibə nəticəsində "Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur", deyən Ali Baş Komandanın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.

Prezident İlham Əliyev onu da bildirdi ki, uzun illər aparılan danışıqlar həmsədr və aparıcı dövlətlərin – Rusiyanın, ABŞ-ın, Fransanın ədalətsizliyi, qərəzli “vasitəçiliyi” ucbatından heç bir nəticə vermədi, əksinə, işğalçı Ermənistanı daha da azğınlaşdırdı, hətta Nikol Paşinaynın dövründə “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ortaya çıxdı. Özü də bu şüarı o vaxtkı müdafiə naziri David Tonoyan ABŞ-da səfərdə olarkən elan elədi. Beləcə, Azərbaycan dövləti və xalqına yalnız bir yol saxlanmışdı: mənasız danışıqlara son verib Vətən müharibəsinə başlamaq. Başladıq və qələbə çaldıq. “Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir”, - Prezident çıxışında dedi. Azərbaycan bundan sonra müzəffər ölkə, Ermənistanın isə məğlub edilmiş, kapitulyasiya edən ölkə kimi yaşayacaq.

Bəli, bu, tarixi nailiyyətdir. Bu, şanlı zəfərimiz milli birliyimiz və beynəlxalq səviyyədə aparılan uğurlu diplomatiya və təbliğat işləri ilə yanaşı, həm də Ermənistan üzərində üstün iqtisadi potensialımız sayəsində mümkün oldu. Bu, qardaş Türkiyənin dəstəyi və uzun illərin titanik zəhmətinin yekunu idi: "O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi”.

Dövlət başçımız çıxışında bildirdi ki, İkinci Qarabağ Müharibəsi ərəfəsində Ermənistan artıq tam təcrid olunmuş vəziyyətdə idi və İrəvanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi: əbii ki, əsas ağırlıq və məsuliyyət ölkəmizin, onun xalqının və Ali Baş Komandanın üzərində idi. Və bu sınaqdan millət, dövlət, ordu olaraq alnıaçıq, qalib xalq, qalib dövlət kimi çıxa bildik. Azərbaycan Prezidenti İrəvana və onun havadarlarına bir daha ismarış göndərərək bildirdi ki, “Dağlıq Qarabağ” adlı ərazi vahidi, “Dağlıq “Qarabağ münaqişəsi” anlayışı artıq yoxdur: “Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki "Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, "dəmir yumruq" yerindədir”.

Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə “demokratı” başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət “siyasətinin” əziyyətini elə sadə erməni xalqı çəkir və çəkəcək də. Yuxarıda qeyd etdiytimiz kimi, işğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? “Qarabağ Ermənistanındır, vəssalam!” böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı - NİDA! olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir “düz yola gəlin” mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir”.

Bir sözlə, Ermənistan əgər yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki öz hərbi gücünü və məhv edilmiş ordusunu, eyni zamanda, iqtisadi durumunu bərpa edib dirçəlişə nail olmaq imkanları olmayacaq.Azərbaycan Prezidentinin dediyi kimi, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan savaş istəyirsə, cavabı keçən ilin payızındakı kimi, hətta ondan da sərt olacaq! Seçim özlərinindir... Artıq bu faktın gerçəkliyi göz önündədir...

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə