Xankəndində yaşayan ermənilər status tələb etmək gücündə deyil - POLİTOLOQ REAKSİYA VERDİ

Xankəndində yaşayan ermənilər status tələb etmək gücündə deyil - POLİTOLOQ REAKSİYA VERDİ

SİA politoloq Anar Əliyevin müsahibəsini təqdim edir:

- Ermənistanda keçirilən seçkilərdən sonra Rusiya və Azərbaycan XİN başçıları arasında telefon danişigi oldu. Sonra Azərbaycan prezidenti və Rusiya prezidenti arasında telefon görüşü oldu. Bu görüşlərin səbəbi nə idi? Qarabağla bağlı yaranan bəzi problemlərdə bu görüşlərdə həlli yolu olacaqmı?

- 11 yanvar 3 tərəfli razılaşmadan sonra baş nazirlərin müavinləri səviyyəsində işçi qrup yaradılmışdır. Ermənistan-Azərbaycan münasibətləri eyni zamanda, Ermənistanla Azərbaycanın sərhədlərinin delimitasiya və demokrasiya prosesinin həyata keçirilməsi, iki cəmiyyət, iki dövlət arasında kommunikasiya əlaqələrinin açılması, etimad mühitinin formalaşması və davamlı sülhün bərpa olunması ilə bağlı işçi qrupa çox mühüm tapşırıqlar verilib. Bu proseslərin həyata keçməsi üçün çox qısa bir zaman qoyulub. Düşünürəm ki, bu məsələlərə daha sonra yeni bir bəyanatla aydınlıq getiriləcək.

Ermənistan kaputilyasiya aktını imzaladıqdan sonra Ermənistanda müəyyən narazılıqlar və iradlar kütləvi xarakter aldı. Xüsusilə fevral ayının sonlarında hərbi çevrilişə cəhdlə Ermənistandakı xaos özünün kulminasiya nöqtəsinə çatdı.

Buna görə Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsinə qərar verildi. Bu qərardan sonra Azərbaycan və Ermənistan arasında Rusiyanın arbitrajlığı ilə münasibətlərin tənzimlənməsi prosesindəki istiqamətlər müəyyən qədər səngidi. 20 iyunda Ermənistanda növbədənkənar parlament keçirildikdən sonra bu məsələrin yenidən gündəmə gəlməsi, xüsusilə prezidentlərin və nazirlərin telefon görüşləri, geniş müzakirələrin getməsi və fikir mübadilələrinin aparılması onu göstərir ki, Ermənistandakı seçkilərdən sonra proseslər yenidən aktivləşəcəkdir. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasının praktik fəaliyyətini nəzərdə tuturam.

- Ermənistanda keçirilən parlament seçkilərindən dərhal sonra Xankəndidə ermənilərin etiraz mitinqləri başladı. Onlar Arayik Artutyanın “postundan” uzaqlaşdırılmasını istəyirlər. Xankəndidə nə baş verir və bu proseslər hansı məcraya doğru gedəcək?

- Ermənistanda seçkilərin keçirildiyi növbəti gün Xankəndində “böyük xalq narazılığının“ təşkil olunması onu deməyə imkan verir ki, Ermənistanda baş verən proseslər Xankəndidə fəaliyyət göstərən separatçı qüvvələr, xüsusilə bu qüvvələr üzərindən həm region siyasətinə, həm də Ermənistandakı siyasi proseslərə müdaxilə etməyə çalışan "Qarabağ klanı"nın maraqlarına uyğun deyildi və maraqlarına xidmət etmirdi. Ermənistanda keçirilən seçki ilə Ermənistan xalqı açıq şəkildə bəyan etdi ki, regionda artıq sülh istəyirlər.

Ermənistan cəmiyyəti 44 günlük müharibə ilə Azərbaycan Ordusunun və dövlətinin onlara nələri yaşatdığını unutmayıbdır. Eyni zamanda Qarabağ məsələsinin onlar üçün heç bir hüquqi nəticəsi olmayacaqdır. Artıq Qarabağ problemi Ermənistan cəmiyyətinin taleyüklü məsələsi deyil. Qarabağ probleminə görə, Ermənistan xalqı və dövləti növbəti illərdə problemlər içərisində yaşamaq istəmir. Ermənistan xalqı üçün Qarabağ məsələsi ciddi bir məsələ deyil. Ermənistan cəmiyyəti nəinki torpaq almaq, heç Xankəndində yaşayan ermənilərə status tələb etmək gücündə deyil.

- Seçkilədə məğlubiyyətini həzm edə bilməyən Koçaryan Ermənistanda xaos yaratmağa meyllənib. Onun arzusu rezllaşa bilərmi, yoxsa?..

- Ermənistanda keçirilən parlament seçkilərinə əsasən Ermənistan cəmiyyəti açıq şəkildə revanşist qüvvələrə "yox" demiş oldu. Bu nəticələr onu göstərdi ki, Daşnaksütyun Partiyası və Qriqoriyan kilsəsinin yaratdığı miflər və xülyalar Ermənistan cəmiyyəti üçün məqbul deyil. Bu proseslərin hansı istoqamətdə inkişaf etməsi ilə bağlı ehtimallar irəli sürmək olar. Birincisi, hesab edirəm ki, regiona maraqlı dövlətlərin bu nəticələrdən razı qalması və Ermənistan cəmiyyəti bu seçkinin nəticəsi olaraq irəliyə apara bilcək və belə olduqda proseslər səngiməyə doğru gedəcək. Bu proseslərdə Türkiyə maraqlıdır. Çünki, nəticələr Türkiyənin maraqlarına uyğundur. Paşinyan və komandası Ermənistan və Türkiyə münasibətlərinin qurulması, sərhədlərinin açılması və Ermənistan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoymasında maraqlıdır.

- 44 gün ərzində Vətən müharibəsinin gedişatını ordumuzun gücü baxımından necə xarakterizə etmək olar?

- 44 günlük müharibə Azərbaycanın son illər ərzində ordu quruculuğu istiqamətində həyata keçirdiyi ağıllı siyasətin nəticələrini göstərdi. Hətta beynəlxalq reytinqlərdə Azərbaycan ordusunun ilk otuzluğa düşməsi ilə bağlı fikirlər səslənib. 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi şücaət daha dərindən öyrənildikcə Azərbaycan ordusunun reytinqi daha da yüksələcək.

Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyənin silahlı qüvvələri artıq birləşmiş vəziyyətdədir. Azərbaycan ordusunun yenidən daha müasir formada qurulması prosesində Türkiyə ordusu iştirak edəcəkdir. Türk ordusu ilə birgə Azərbaycan ordusu daha da güclənəcək.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə