Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 12 iyun 2011-ci il tarixində Türkiyə Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Təşkilatın mətbuat xidmətindən SİA-ya bildirilib ki, missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin əməkdaşları daxildir.
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək parlament seçkilərinin hazırlıq prosesini və seçkiləri Ankara şəhərində izləyəcək.
TÜRKPA nümayəndə heyətinin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasında görüşünün keçiriləcəyi də nəzərdə tutulub.
Seçkilərdən sonra TÜRKPA missiyası seçkilərin yekununa dair rəsmi hesabatını beynəlxalq təşkilatlara, həmçinin mətbuata təqdim edəcək.
Qeyd edək ki, Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının beynəlxalq müşahidəçiləri də izləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB